Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyeva ailəsinə qaytarılıb.
Cəlilabad Rayon Polis şöbəsindən verilən məlumata görə, oktyabrın 31-də tapılan qız ifadə verəndən sonra ailəsinə təhvil verilib.
A.Nağıyevanın atası Ramil Yusifov isə mətbuata qızının onlara deyil, dayısına təhvil verildiyini deyib. Polis idarəsindən bildirdilər ki, qız dindirilərkən onun atası, anası və bacısı bölməyə gəliblər. Dindiriləndən sonra ailəyə təhvil verilib: "Qız ilkin ifadəsindən evdən tək getdiyini desə də, sonradan bacısının həyat yoldaşı Ələmdar Məmmədovla qaçdığını etiraf edib. Onun sözlərinə görə, bu müddət ərzində Bakıda, Nərimanov rayonu ərazisində qalıblar. Sonra valideynlərinin onu axtardığını eşidib geri qayıtmaq istəyib. Əslində o, ailəsi ilə qalmaq istəmir. Sadəcə bu axtarışlara son vermək üçün geri qayıdıb. Bacısının yoldaşı ilə getməyindən peşman da deyil".
Polis idarəsindən verilən məlumata görə, A.Nağıyeva rayon ərazisində polislər tərəfindən saxlanılıb. O, saxlanılarkən özünün də elə polisə getmək istədiyini deyib.
Polis idarəsindən bildirilib ki, ailə şikayətçi olmadığına görə, Məmmədov Ələmdar Əli oğlu axtarılmır: "Əvvəldən ailə qızın axtarışı barədə müraciət etmişdi. Biz də yalnız qızı axtarırdıq. Bundan sonra yalnız ailə şikayətçi olarsa, Ə.Məmmədov axtarıla bilər. Lakin qız hələ ki, evdən bezdiyi üçün getdiyini və kürəkənin ona sadəcə kömək etdiyini deyir".
Məmmədrazalı kənd sakinləri də A.Nağıyevanın hazırda atasının evində olduğunu dedilər //publika.az
MilliYol.Az
Digər xəbərlər
loading...