Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı, tanınmış aparıcı Ulvira Qarayeva yenidən efirə qayıdır.
MilliYol.Az ölkə.Az-a istinadən xəbər verir ki, aparıcı ARB TV-yə keçib.
Məlumatı telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov açıqlamasında təsdiqləyib:
"Tamaşaçılar Ulvira Qarayevanı gələn həftədən etibarən ARB TV-nin efirində izləyə biləcəklər. Xanım aparıcının hansı verilişi təqdim edəcəyini isə yaxın günlərdə açıqlayacağıq".
Qeyd edək ki, yeni efir mövsümündən etibarən bir çox keçmiş ANS əməkdaşı ARB TV-yə keçib.
MilliYol.Az
Digər xəbərlər
loading...