Bu günlərdə Bakıda vəfat edən ingilis neftçi Con Frimanın ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Bp şirkətində çalışan və Şahdəniz platformasının istismarında iştirak edən neftçi bir neçə gün əvvəl ürəyindəki şikayətlərlə bağlı xəstəxanaya yerləşdirilibmiş. İki damarında tıxanıqlıq olan 56 yaşlı mütəxəssisin ürəyinə Mərkəzi Klinik Xəstəxanada stend qoyulub və daha sonra o, tək qalmamaq üçün Port Baku-ya - dostunun evinə yerləşib.
Con Friman feysbuk səhifəsində ürəyindəki problem barədə qeyd edib və ölümündən bir gün əvvəl xəstəxanadan çox mənalı sözlər yazıb. Xəstəxananın pəncərəsindən çəkdiyi foto ilə birgə paylaşdığı statusunda o, həyatın qısa və kövrək olduğunu deyib və insanlara onları sevdiyimizi deməyi istəyib: "Sabahın xeyir, Bakı. Həyatda olmaq yaxşıdır. Tez-tez rəqs edin və gülün. Həyat qısadır".
Bildirilir ki, Conun vəziyyətindən xəbər tutan həyat yoldaşı Bakıya gələrkən yolda ərinin artıq vəfat etdiyini öyrənib.(Lent.az)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...