Ağsu rayonundan iki nəfər koronavirusla bağlı karantinə götürülüb.
MilliYol.Az Oxu.Az-a istinadən xəbər verir ki, Ağsu rayonunun Padar kənd sakini Umudov Əvəz Sabir oğlu bir müddət əvvəl həyat yoldaşını İrana müalicəyə aparıb.
Müalicədən qayıdarkən yoxlanış zamanı o və həyat yoldaşı müayinə məqsədilə karantinə alınıb.
Hazırda hər iki şəxsin karantində saxlanıldığı deyilir.
Xatırladaq ki, Ə.Umudov əvvəllər Padar kənd bələdiyəsinin sədri vəzifəsində çalışıb.
Digər xəbərlər
loading...