Bakı Beynəlxalq Dəniz Ticarət Limanında isə repressiyalar davam edir
Yerli işçilərə dilənçi payı səviyyəsində maaş verən liman direktoru Taleh Ziyadov Sinqapurdan dəvət etdiyi bir əcnəbiyə ayda 15 min manat ödəyir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işçilərə qarşı mənəvi və fiziki terror davam edir. Bu barədə ANAXEBER.az saytına daxil olan növbəti məlumatda qeyd olunur. Saytımıza məlumat verən mənbə bildirir ki, hazırda Limanda elan olunan “fövqəladə vəziyyət” davm edir. Limanın Həmkarlar Komitəsinin sədri Amid Əliyev, Audit Xidmətinin rəhbəri Məftun Abbasov və onun müavini Söhrab İsmayılov birbaşa işçilərdən, xüsusən də Limanın əsas ofisində çalışan işçilərdən bir-birilərinə qarşı çuğulçuluq eləməyi tələb edirlər. bildirilir ki, liman işçiləri arasında Taleh Ziyadovun “şəxsi cəlladı” ayaması ilə tanınan, Limanın Həmkarlar Komitəsinin sədri Amid Əliyev işçiləri təhdid edərək onlardan biri-birilərini güdməyi tələb edir. Eyni işi Məftun Abbasovun da komandası görməkdədir. Əsas məqsəd isə saytımıza məlumat verən mənbəni ortaya çıxarmaqdır.
Bildirilir ki, Məftun Abbasov hər kəsin yanında and içir ki, həmin şəxsi tapdıqdan sonra kişi, ya qadın olmasına baxmayaraq həbs etdirəcək. Xatırladaq ki, Məftun Abbasov Gülən şəbəkəsi tərəfindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına transfer olunmamışdan əvvəl Baş Prokurorluq yanıda Korrupsiyaya qarşı mübarizə İdarəsində Xüsusi İşlər üzrə müstəntiq vəzifəsində çalışıb və iddilara görə o, Baş Prokurorluqda da çalışırkən də FETÖ terror təşkilatına qulluq edib və orda göstərdiyi xidmətlər hesabına şəbəkə tərəfindən ona önəm verilib. Hazırda isə Limanda meydan sulayan və Pensilvaniyadakı “pirinə” sədəaqətlə qulluq edən Məftun Abbasov neçə illər boyu limanda çalışan və bu qurumu bir ömür xidmət verən şəxsləri terror edərək, onları həbslə təhdid edir.
Son olaraq saytımıza daxil olan məlumatda bildirilir ki, hazırkı vəziyyətdə limanda normal şəraitdə çalışmaq mümkün deyil. hər kəs təhdid və qorxu altında çalışmaqdadır. Bir sıra işçilərə artıq kütləvi ixtisarların olması ilə bağlı xəbərdarlıqlar olunub. Qeyd edək ki, bu barədə daha ətraflı növbəti yazılarımızın birində məlumat verəcəyik.
Saytımıza daxil olan məlumatda maraqlı bir fakt daha ortaya çıxıb. Bildirilir ki, FETÖ imamı İlham Mehrəliyevin Limanda külli-ixtiyar sahibi elədiyi Kərim adlı şəxs Limana Sinqapurdan Yujen adlı bir əcnəbi dəvət edib. Cənab Yujenin tam olaraq Limanda nə işdə məşğul oduğunu çox az adam bilir. Amma fakt odur ki, Taleh Ziyadov rəsmi qaydada hər ay bu əcnəbiyə 15 min manat maaş ödəyir. Azərbaycanda heç kimin almadığı bu yüksək maşa isə cənab Yujenin və koreyalı sevgilisinin otel və əyləncə xərcləri daxil deyil. Çox bahalı xidməti avtomobilə təmin edilən cənab Yujen və onun koreyalı sevgilisinin hər gün bahalı restoranlarda əyləncələri də Limanın hesabından ödənilir və bu ödəmələr cənab Yujenin 15 min manatlıq maaşına belə aid deyil.
Kərim və Yujen
Mənbə bildirir ki, böyük ehtimalla cənab Yujenin əsas işi Limanın göstərdiyi xidmətlərdən əldə olunan gəlirlərdən mənimsənilən külli-miqdarda vəsaitləri offşor zonalarda yerləşdirmək və daha sonra həmin vəsitləri Taleh Ziyadov başda olmaqla Limanın bir sıra önəmli şəxslərinin Sakit Okean Hövzəsində - Sinqapur, Tailand, Çin kimi inkişaf etmiş ölkələrdə biznesə yatırmaqdan ibarətdir.
Xatırladaq ki, mənbə bu barədə daha ətraflı məlumatlar əldə etmək üçün çalışdığını bildirib. Hazırda isə limanda gəzən bəzi söz-səhbətlərdən belə aydın olur ki, Taleh Ziyadov Sinqaprur və Tailandda biznes qurur. Bu biznesi isə məhz hazırda limanda bütün alqı-satqı işlərinə nəzarət edən, həmçinin Limanın maliyyə işlərini də qeyri-rəsmi olaraq yürüdən Kərim adlı şəxs dayanır. Kərimin ABŞ-da təhsil aldığı və Gülən şəbəkəsinə aid birinin olduğu da qeyd olunur. Qeyd edək ki, Kərimi Limana Azərbaycanda FETÖ imamlarından biri kimi tanınanİlham Mehrəliyevin gətirdiyi bildirilir.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: Anaxeber.az
Digər xəbərlər
loading...