MilliYol.Az lent.az-a istinadən xəbər verir ki, “bp” şirkətində çalışan və “Şahdəniz” platformasının istismarında iştirak edən Böyük Britaniya vətəndaşı, 1960-cı il təvəllüdlü Con Holsted Friman öz otağında vəfat edib.
Araşdırma zamanı məlum olub ki, Con Frimanın ürək xəstəliyindən əziyyət çəkdiyi məlum olub. İki damarında tıxanıqlıq olan 56 yaşlı mütəxəssisin ürəyinə Mərkəzi Klinik Xəstəxanada stend qoyulub və daha sonra o, tək qalmamaq üçün dostunun evinə yerləşib.
Con Friman feysbuk səhifəsində ürəyindəki problemdən də yazıb və ölümündən bir gün əvvəl xəstəxanadan çox mənalı sözlər yazıb. Xəstəxananın pəncərəsindən çəkdiyi foto ilə birgə paylaşdığı statusunda o, həyatın qısa və kövrək olduğunu deyib və insanlara onları sevdiyimizi deməyi istəyib:
“Sabahın xeyir, Bakı. Həyatda olmaq yaxşıdır. Tez-tez oynayın və gülün. Həyat qısadır”.
Bildirilir ki, Conun vəziyyətindən xəbər tutan həyat yoldaşı Bakıya gələrkən yolda ərinin artıq vəfat etdiyini öyrənib.
MilliYol.Az