Dünən sosial şəbəkələrdə Xətai rayonunda “Kardeşler” restoranına hücum edilməsi ilə bağlı videogörüntülər yayılıb. Bildirilir ki, hadisə obyekt sahibi ilə icarədarlar arasında anlaşılmazlığa görə baş verib. Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırma aparılır.
Moderator.az-ın redaksiyasına isə ilginc məlumat daxil olub. Adının çəkilməsini istəməyən mənbə bildirir ki, əslində restoran obyektə hücum edən bir qrup Qarabağ əlilinə aid deyil, onlar sadəcə öyrədilib.
Bəs obyekt kimə məxsusdur?
Mənbə bildirir ki, obyekt Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Rafael Rəhmanova məxsusdur. R.Rəhmanov həyat yoldaşından ayrıldığı üçün son üç ildir ki, aralarında mülk davası davam edir. Hücum edilən “Kardeşler” restoranı da həyat yoldaşına məxsusdur və o, obyekti xanımın əlindən almaq üçün bir qrup Qarabağ əlilini öyrədərək onları pul qarşılığında restorana göndərib. Hazırda R.Rəhmanovun keçmiş həyat yoldaşıyla mülk üstündə məhkəmə çəkişməsi davam edir. R.Rəhmanovun Bakıda bir çox yerlərdə bahalı obyektləri olduğu bildirilir.