Neft bazarı ilə bağlı proqnozlar daha acınacaqlıdır.
Marja-nın "Bloomberg"ə istinadən məlumatına görə, ABŞ-ın investisiya bankı "Goldman Sachs"ın analitiklərinə görə "Brent" markalı neftin qiyməti 20 dollara enə bilər.
Bundan əlavə, Bank ikinci və üçüncü rüb üçün proqnozlarını aşağı salıb. Goldman Brent markalı bir barel neftin qiymətinin 30 dollar səviyyələrini keçməyəcəyini gözləyir.
“Goldman Sachs” analitikləri neft qiymətlərinin düşməsini Rusiya ilə OPEC arasında martın 6-da məlum neft sazişinin çökməsi ilə əlaqələndirirlər. Bu həftə sonu Səudiyyə Ərəbistanının başçılıq etdiyi OPEC Rusiyaya qiymət müharibəsi edib.
Xəbər verdiyimiz kimi, bu gün bazarlar açıldıqda Brent neftin qiyməti 14,25 dollar və ya 31.5% düşərək 31,02 dolları görüb. Bu, 1991-ci ilin Yanvarından bəri ən böyük nisbətdə ucuzlaşmadır.