Görəsən, İdlibdə Mehmetçik-lərə edilən hücumunun arxasında kim var? Dərin Rusiya ola bilərmi? Əlbəttə ki, mümkündür...
Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 6 mart 2020-ci il
Bu dəfə Putinin naməlum bir tərəfinə nəzər salaq. Çünki ancaq bu şəkildə İdlibi başa düşə bilərik.
Vladimir Putinin gücü Rusiya Dərin dövlətinin gücü idi. Özünü güclü hiss edən hər bir lider kimi Putin də bir nöqtədən sonra Dərin dövlətə müharibə elan edib. Dərin dövlət də qısa müddət ərzində Putinə cavab verib.
ABŞ, İngiltərə və bəzi Avropa ölkələri tərəfindən Rusiyaya tətbiq olunan embarqo, əslində Putinə qarşı atılmış ən ciddi addım idi. Amma hamı Putin barədə danışırdı. Çünki hədəfdə olan o idi.
Putin Dərin dövlətin ən güclü simalarından biri olan və özünə çox yaxın gördüyü Mixail Vladimiroviç Mişustini siyasətdən kənarlaşdırmağa çalışıb. Lakin Putin və Dərin dövlət arasında körpü olan Mişustin də bu vəziyyəti başa düşə bilməyib. Çünki Putinin Dərin dövlətə qarşı müharibə etməsi başadüşülən deyildi.
Dərin dövlət də Sergey Skripalın və qızının İngiltərədə zəhərlənməsini və ölkə xaricindəki bəzi oliqarxların edam edilməsini Putinin əmri kimi göstərməyə başlayıb. Putinin Dərin dövlətə yenidən təslim olduğu tarix Medvedevi vəzifəsindən azad etdiyi və Mixail Vladimiroviç Mişustini yeni Baş nazir təyin etdiyi 15 yanvar 2020-ci il tarixidir.
Yəni durum bu şəkildə yazılır. Həmişə Türkiyə daxilinə və Suriyaya baxırıq. Ancaq Putinin harada nə etdiyini bilmirik.
Əgər Putinə bir şey olsa, onun yerində müvəqqəti olaraq Mixail Vladimiroviç Mişustin gətiriləcək. Lakin tezliklə o da gedəcək. Çünki Rusiya Dərin dövlətinin 2 vacib namizədi artıq hazırdır, növbədə gözləyirlər.
Putin və Dərin Rusiya arasındakı münasibətlərin gərgin olduğunu başa düşmək çətin deyil.
Putin Vaqner komandası ilə heç bir əlaqəsi olmadığını deyərkən, əslində, həqiqəti çatdırmağa çalışırdı. Hətta “pulunu mən vermirəm ki”, belə deyib. Düz deyirdi.
Liviyada işləyən və ABŞ-la ortaqlıq edən Vaqner əsgərləri Dərin Rusiyanın silahlı qüvvəsidir. İndi bu güc keçən gündən etibarən İdlib ətrafındakı önəmli nöqtələrə yerləşməyə başlayıb və bununla bağlı fotoşəkil çəkdirərək təsdiqləyib.
Putin prezident Ərdoğanı, həqiqətən də sevir və qiymətləndirir. Ancaq Dərin Rusiya üçün eyni şeyi demək mümkün deyil. Bu cür yanaşdıqda Dərin Rusiyanın həm Putini, həm də Ərdoğanı kənarlaşdırmağa çalışdığı ortaya çıxır. Bəs görəsən, İdlibdə Mehmetçik-lərə edilən hücumunun arxasında kim var? Dərin Rusiya ola bilərmi? Əlbəttə, mümkündür.
Dərin Rusiya Putini çox güclü göstərərək sistemini Rusiyaya yerləşdirib. Bu, təəccüblü deyil. Dərin dövlətin Rusiya kimi bir ölkədə güclü olması çox təbiidir. Bu gün Gürcüstanın və ya Krımın həmlələrinin arxasındakı güc Putin deyil, Dərin dövlətdir.
Putin son zamanlarda çox görünmür.
Dərin Rusiya bir anda Türkiyə ilə Rusiyanın üz-üzə qoydu. Rusiyadakı bütün daxili prosesləri yan-yana qoyduqda Putinin Dərin Rusiyanı narahat etməyəcəyini və ahəngdar şəkildə işləyəcəyini deyə bilərik.
Vəziyyət budur. Putin-Ərdoğan görüşündən nə çıxa bilər? Hər iki liderin çox müsbət addımlar atmaq istədiyi aydındır. Lakin vurğuladığım rus Dərin dövləti nə istəyir? Bunu bilmədən gələcəyi izah etmək asan deyil.
Corc Sorosla bağlı da yeni bir xəbər ortaya çıxıb. Soros İngiltərə mətbuatı üçün yazdığı bir məqalədə: “Moskvanın oynadığı rolu rədd etməsinə baxmayaraq, Rusiya təyyarələrini bombalaması nəticəsində 34 türk əsgər həyatını itirdi”, deyib və davam edib: “Türkiyə pilotsuz raketlərlə Əsəd qüvvələrinə cavab vermiş oldu. Putin də, beləcə, törətdiyu cinayətdən cəza almadan xilas oldu. Rusiya Avropanın Moskva ilə hər hansı bir qarşıdurma yaratmayacağını bildiyi üçün Ukraynanı işğal edib. İdlibdəki hadisələr də bu yolu izləyir. Avropa qarşı çıxmalı olduğu halda, Suriya siyasətində Rusiya ilə toqquşmaqdan çəkinir. Rusiyanın yaratdığı qaçqın böhranına nəzər salaraq xəstəliyin səbəbinə deyil, əlamətlərinə fomuslanırlar”.
Soros, eynilə Pentaqondan yayımlanan alman “Der Spiegel” qəzeti kimi: “Avropa əlinə silah alsın və Türkiyənin yanında olsun”, deyə xəbərdarlıq edir. Yəni Soros rəsmən Putini də, Avropanı da hədəfə qoyub.