Ayaz Əsgərov və Mahir Mirzəyevin Yardımlını talan etmələrinin bariz nümunəsi...
Yardımlı rayonunda qanunsuzluqlar baş alıb-gedir.
Bu barədə PİA.az-a rayon sakinləri müraciət ünvanlayıblar.
Sakinlərin sözlərinə görə, bütün qanunsuzluqların başında Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mirzəyev Mahir Xanış oğlu dayanır.
Müraciətdə qeyd edilir ki, əksər rayonlarda olduğu kimi Yardımlıda da ictimai işlərə cəlb olunan işçilərin maaş kartları icra başçısı və onun müavinindədir. Amma DTX-nın keçirdiyi əməliyyat zamanı Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərin həbsindən sonra Ayaz Əsgərov və Mahir Mirzəyev narahat olmağa başlayıblar və kartları sahiblərinə qayrarıblar..
"Onlar özlərini təmizə çıxarmaq üçün göstərmək istəyirlər ki, maaş kartları onlarda deyil, ictimai işlərə cəlb olunan vətəndaşların özündədir. Bu məqsədlə Bakıda və digər rayonlarda yaşayanlara qəti tapşırıq verilib ki, Yardımlıya gəsinlər və ehtiyac olarsa, rayonda belə bir qanunsuzluğun olmadığını bildirsinlər.
Mahir Mirzəyev iki ildir bu insanların əməkhaqqını mənimsəyir
PİA.az-a müraciət edən sakinlər ortaya ritorik sual qoyur:
"Mahir Mirzəyevin aqibəti necə olacaq? İki ildir müxtəlif işlərə cəlb olunan vətəndaşların maaşları həmin idarələrin rəhbərləri tərəfindən çıxarılaraq ona təqdim olunub. "KapitalBank"ın bankomatları qarşısında növbə gözləyən bu müdirlər elə bilirsiz ki, hər şeyi gizlədə biləcək?
Düşünmürük ki, hər şey cəzasız qalacaq. Cənab Prezident DOST mərkəzləri ilə bağlı ciddi tədbirlərin görülməsi barədə tapşarıq verib", deyə şikayətçilər bildirir.
Yardımlı Suriyanı xatırladır
Rayon sakinləri bildirirlər ki, 2005-ci ildən Yardımlıda abadlıq-quruculuq işlərinə dövlət büdcəsindən vəsaitlər ayrılıb:
"Bu pulların hesabına Yardımlıda nəinki asvalt, qızıldan yol çəkmək olardı. Amma heç bir iş görülməyib. Yağış yağan kimi yollar gölə çevirilir. Hər il üçün rayonda abadlıq işlərinə orta hesabla ən azı 500 min manat hesablasaq, 15 ildə bu məbləğ 7,5 milyon manat edir. Amma bu gün rayon Suriyanı xatırladır. Hər yer darmadağındır, xarabalığa çevirilib".
Yardımlıda iki möhtəşəm villa var
"Yardımlıda iki möhtəşəm villa var. Biri icra başçısı Ayaz Əsgərovundur. Qiyməti 2 milyon manat olar. Yardımlının büdcəsi bu villaların tikintisi üçün talanır. Mahir Mirzəyevin də villasının qiyməti ən azı 4 milyon manatdır. Hətta Ayaz Əsgərovun villasından daha dəbdəbəlidir. İcra başçısı bilir ki, burda müvəqqətidir, gec-tez gedəcək. Ona görə də burda özünə geniş şərait qurmur".
Ayaz Əsgərov eşşək yox, arı saxlayır
Şikayətçinin sözlərinə görə, Ayaz Əsgərovun Yardımlıda arı təsərüfatı var. Qeyd edək ki, Neftçalanın həbs olunan icra başçısı isə rayonda eşşək ferması yaratmışdı:
"İctimai işlərə cəlb olunanların 4 nəfəri Mahir Mirzəyevin ev quşlarına qulluq edir. 4 nəfər isə Ayaz Əsgərovun arıçılıq təsərüfatında çalışır. Başa düşə bilmirik, Yardımlı bu iki nəfərin şəxsi mülküdür?
Yardımlının girişində, Ayaz Əsgərovun villasının yanında icra başçıları üçün hökumət evi tikilirdi. Amma başçı və müavini bu binanın tikintisinə ayrılan pulları mənimsəyib, tikinti yarımçıq qalıb. İcra Hakimiyyətinin binasının tikintisi üçün 5 TIR taxta gətirilmişdi. Mahir Mirzəyev onu Akif Teyubova satdırıb, pulunu mənimsədi.
Akif Teyubov Mahir Mirzəyevin sağ əlidir, bütün işləri onun əli ilə görür. Yardımlının mərkəzindən İranla sərhəddə qədər bütün torpaqlar Mahir Mirzəyevə məxsusdur. Torpağın sotunu vətəndaşlara 3 min manata satır".
Mahir Mirzəyev Neftçalanln tenderlərini udub
Şikayətçilər bildirir ki, Mahir Mirzəyevin Neftçalada tenderlərin qalibi olan şirkəti var:
"Neftçalada yüksək məbləğli tenderlər qazanan "Göy-Göl" MMC Akif Teyubovun adınadır. Sahibi isə Mahir Mirzəyevdir".
Xəzər Aslanov dövlətin əmlakını mənimsəyib
Rayon sakinləri Yardımlının keçmiş, Xızının hazırkı icra başçısı Xəzər Aslanovla bağlı da yazıblar:
"Ostayır kəndinə gedən yolda rayonun icra başçılarının yaşaması üçün hökumət evi var idi. Xəzər Aslanov onu öz qaynının adına rəsmiləşdirdi və dövlətin əmlakını satdı. Həm də Mahir Mirzəyev və Akif Teymurovun vasitəçiliyi ilə..."