Londonda millət vəkili Azər Kərimlinin oğlu Fəxri Kərimliyə məxsus şirkət fəaliyyət göstərir.
MilliYol.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Onun sözlərinə görə, "Karimli Limited" (Carrimli Limited) 2018-ci ilin sentyabrın 13-də 11566535 saylı şəhadətnamə ilə Londonda qeydiyyatdan keçib. Reyestr məlumatlarına görə şirkət daşınmaz əmlak satışı ilə məşğuldur.
Qeydiyyat ünvanı 186 Ability Place, 37 Millharbour, London, United Kingdom, E14 9DF.
Şirkətin təsisçisi Fəxri Kərimli Oksford Universitetinin məzunudur.
Fotolar
Digər xəbərlər
loading...