23 fevral – 2 mart 2020-ci ildə ABŞ-ın Nyu-York şəhərində 23-cü Nyu-York Sephard Yəhudi Film Festivalı keçirilib.
MilliYol.Az xəbər verir ki, Azərbaycan sözügedən tədbirdə bu il ilk dəfə, rejissor Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” filmi ilə təmsil olunub. Film ABŞ və Avropa ölkələrində dəfələrlə nümayiş olunmasına baxmayaraq, bu festivalda da maraqla qarşılanıb.
Festival çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən rejissor Rüfət Əsəsdov bildirib ki, Azərbaycanda bir çox etnik və milli azlıqlar kimi, yəhudilərin də bütün milli və insani hüquqları dövlət səviyyəsində qorunur və film də ölkəmizdə yəhudi xalqının milli dəyərlərinə hörmətin təzahüridir.
Fotolar
Digər xəbərlər
loading...