Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
MilliYol.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədirdə 1/8 finala yüksələn 15 komanda və cavab oyunu bu gün keçiriləcək bir cüt iştirak edib.
Püşkatma zamanı klublar "səpələnmişlər" və "səpələnməmişlər" səbətlərinə ayrılmayıb. Eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə məhdudiyyət qoyulmasa da, oüşk bir ölkənin iki təmsilçisini üz-üzə qoymayıb.
Bu mərhələdə erkən final adlandırıla biləcək oyun baş tutacaq. Belə ki, turnirin rekordçusu "Sevilya" "Roma"nı sınağa çəkəcək.
Türkiyənin avrokuboklardakı yeganı təmsilçisi "Başakşəhər" "Kopenhagen"ə rəqib olub. Millimizin üzvü Renat Dadaşovun forma geyindiyi "Vulverhempton" "Olimpiakos"la qarşılaşacaq.
İddialılardan "İnter" "Xetafe"yə, "Mançester Yunayted" LASK-a rəqib olub.
1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.
Avropa Liqası
1/8 final
Başakşəhər (Türkiyə) - Kopenhagen (Danimarka)
Olimpiakos (Yunanıstan) - Vulverhempton (İngiltərə)
Reyncers (Şotlandiya) - Bayer (Almaniya)
Volfsburq (Almaniya) - Şaxtyor (Ukrayna)
İnter (İtaliya) - Xetafe (İspaniya)
Sevilya (İspaniya) - Roma (İtaliya)
Zalsburq (Avstriya)//Ayntraxt (Almaniya) - Bazel (İsveçrə)
LASK (Avstriya) - Mançester Yunayted (İngiltərə)
Qeyd edək ki, "Zalsburq" - "Ayntraxt" oyunu fırtına xəbərdarlığına görə təxirə salınıb. Görüş bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Frankfurtdakı ilk oyunda "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.