Azərbaycan artıq post-neft dövrünə qədəm qoyub. Ancaq çox təəssüf ki, dövlətin qeyri-neft sektoruna ayırdığı milyardlar dollar vəsaitin talan edilməsi ölkə iqtisadiyyatını çıxılmaz vəziyyətə qoyub.
Məhz dövlətin vaxtında ayırdığı investisiyalar post-neft dövründə büdcə gəlirlərini təmin etməli idi. Mövcüd vəziyyət prezident İlham Əliyevi də narahat edib və dövlət başçısı son çıxışlarında ölkədə ciddi islahatların aparılacağına başlandığını bildirib. Prezident tərəfindən verilmiş son fərman və sərəncamlar da onu göstərir ki, dövlət başçısı yaxın prespektivdə büdcə vəsaitlərini talan edən məmurlarla haqq-hesab çəkəcək.
AzToday.az-a daxil olan məlumatlara görə, prezident dövlət investisyalarını səmərəsiz istifadə olunduğu sahələri bir-bir yoxlamağa başlayıb. Və yoxlamaların nəticəsində həmin sahələrə məsul qurum rəhbərləri ciddi cəzalandırılacaq.
Redaksiyamıza daxil olan məlumatlara görə, yaxın günlərdə Hesablama Palatası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətində yoxlamalara başlayacaq. Yoxlamalar əsasında Akim Bədəlovun rəhbərlik etdiyi şirkətin 2012 - 2020-ci illəri əhatə edən "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"na hansı səviyyədə yerinə yetirdiyi araşdırılacaq.
Məlumat üçün bildirək ki, bu sahədə görülən işlər nəticəsində 2020-ci ildə Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin miqdarı azı 12 faizə çatdırılmalıdır. Fakt isə budur ki, son 4 ildə görülmüş "işlər" dövlət proqramında qoyulan hədəflərin reallaşmayacağından xəbər verir. Səbəb isə bu sahəyə ayrlan milyardlarla vəsaitin səmərəsiz istifadə olunmasıdır.
AzToday.az saytı olaraq mətbuatda yayılan məlumatlar üzərində araşdırma apararaq müəyyən etdik ki, Akim Bədəlovun bu sahədə ailə podratı yaratması, mərhum akademikin elm mərkəzini əlindən alması barədə xəbərlər və ləğv olunmuş MTN-lə əlaqələri dövlət şirkətinin profili üzrə deyil, şəxsi biznes məqsədləri üçün fəaliyyət göstərib.
Qeyd edək ki, Akim Bədəlov ölkə ictimaiyyətində daha çox akademik Tofiq İsmayılovun ailəsinə qarşı etdikləri ilə məşhurdur. Həmçinin agentliyin həyata keçirdiyi Alternativ enerji mənbəsi alınması üçün tikilən obyektlərin işlərini ailəsinin adına keçirtdiyi «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə verməsi barədə də çoxlu xəbərlər var.
Təkcə 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə "Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb. Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir.
Bu gün Akim Bədəlovun ailəsinin nəzarətində olan «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzin onun ən yaxın adamı, qohumu Asif İsmayılov rəhbərlik edir. Maraqlı məqamlardan biri isə səhmdarı həyat yoldaşı və oğlu olan bir şirkəti necə məmurun rəhbərlik etdiyi dövlət qurumunda podratçı şirkət ola bilər? Qanun bunu yasaqlasa da, Akim Bədəlov buna əhəmiyyət verməkdədir. Bütün bunlar isə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətində çoxlu maliyyə pozuntuların olduğundan xəbər verir.
Yoxlamalar sonunda Akim Bədəlovun həbs olunub-olunmayacağını isə zaman göstərəcək.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinnin fəaliyyəti ilə araşdırma aparırıq. Şirkətin "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nı necə yerinə yetirdiyi barədə detallı məlumat verməyə çalışacağıq...
Mənbə: AzToday.az
Digər xəbərlər
loading...