43 saylı Sumqayıt 3-cü seçki dairəsindən deputatlığa namizədlər 9 fevralda keçirilən növbədənkənar seçkilərdə ciddi qanun pozuntularının baş verdiyini qeyd edərək, bəyanat veriblər.
MilliYol.Az xəbər verir ki, onlar bir məqamı da xüsusi olaraq qeyd ediblər ki, 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən deputatlığa namizəd İkram İsrafil İsrail oğlu ictimaiyyətə və sözügedən dairənin seçicilərinə yanlış məlumat verərək bildirib ki, guya 7 namizəd onun millət vəkili seçildiyini təsdiq edir.
Deputatlığa namizədlər qeyd ediblər ki, onun sosial şəbəkədə yaydığı məlumat yalandır və belə bir mövqeləri olmayıb: "Necə ola bilər ki, İkram İsrafil bizimlə bərabər bəyanat verərək 9 fevral seçkilərinin nəticələrinin seçicilərin iradəsini qeyri-müəyyən formada əks etdirdiyini qeyd etdikdən sonra, özünün seçildiyini iddia edə və guya bizim onun seçildiyini təsdiq etdiyimizi deyə bilər? Bu tamamən yalnış məlumatdır. Ümid edirik ki, İkram İsrafil 7 namizəd və seçicilər qarşısında üzr istəyərək, bu yanlışlığı aradan qaldıracaq".