Yardımlı sakinləri: “DTX-nı Yardımlı rayon icra Hakimiyyətində görmek isrəyirik ki, bu haqsizliga bu özbaşınalığa son qoyulsun. Hörmətli qurumlar, Yardimli rayon büdcəsi Mahir Mirzeyevlə Ayaz Əsgərovundur. Rayon sakinləri olaraq batıb gedirik...”
Neftçala rayonunda aparılan və xeyli sayda vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatla bağlı Pravda.az-ın elektron poştuna maraqlı məlumatlar daxil olub. Məktub müəllifi həbs edilən icra başçısının Yardımlı rayonuna 2006-2012-cı illərdə rəhbərlik etmiş Xəzər Aslanovun qaynıolmasını və Yardimli rayonu icra hakimiyyətinin başçısının müavini Mahir Mirzeyevin Xəzər Aslanovun kadırı olmasını diqqətə çəkərək bildirir ki, hazirki Yardimli rayon icra hakimiyyetinin başçısı Ayaz Əsgərov cənabları ilə Mahir Mirzəyev cənablarının birgə “əməkdaşlığı” ilə rayonda küllü miqdarda maxinasiyalar həyata keçirilir.
Eyni zamanda məktubda göstərilir ki, Nefcalanın icra başçısına rüşvət veren şəxsin biri Yardımlı rayon sakini Akif Teyubovdur: “Akif Teyubov kimdir bilirsinzmi? Yardimli rayonu üzrə tikintinin pularını Mahir Mirzəyev bu şəxsin əli ilə yeyir. Bütün vəsait Akif Teyubovun adina açılan şirkətlərə yönəldilib və oradan da mənimsənilir. Bu proses 2006 cı ildən, Xəzər Aslanov Yardımlıya rəhbərlik etdiyi vaxtdan bu günə kimi davam edir”.
Redaksiyanın elektron ünvanına göndərilən məktubda bildirilir ki, Yardimli rayonunda Mahir Mirzəyev rayona ayrilan dəftərxana xərci, abadliq xərci və Yardimli rayonu ucun ayrilan digəır xərcləırin hamisini öz müəssələrinə yönəldir, qarşılığında nazirliye faiz verir və qalan məbləği icra başçısıyla birlikdə qara yolarla talan edir.
Məktub müəllifi Pravda.az-a yazır: “2019 cu il üçün ayrilan xərclərin hara xərcləndiyi və hara köçürüldüyünü araşdırsalar və buna əyani subut kifayət qədər faktlar ortaya çıxar. Bir sözlə, rayona ayrılan vəsait iki məmur yəni, Mahir Mirzeyev və icra baçşısi Ayaz Əsgərov tərəfindən şəxsi hesaba yönəlir. Yardimli rayon məşğulluq üzrə nə işçilər var hamısı M. Mirzəyevlə Ayaz Əsgərovun qapisindan keçməlidir. İş üçün müraciət edən şəxs 500 manat verməlidir. DTX yoxlamalar aparsa M. Mirzəyevin kabinetində yüzlərlə kartın olduğun şahidi olarlar. Ümumiyyətlə şikayət olan təqdirdə Mahir Mirzeyev deyir ki, gedin kimə istəyrisiz şikayət edin. Onun dediyinə görə, 2005-ci ildən belə işləyibmiş. Məşğulluğa təyin etdikləri müdir elə məhz onların sifarişini yerinə yertirir. Təyin olunan Fikrət müəllim, bir başa M. Mirəzyevin pul yığanıdır. Mart –Aprel ayı gələn kimi güya özlərini Kənd Təsərufari Nazirliyi yaninda yaxşı etmək üçün 29 Ərazi nümayəndəliyinin işçilərindən tütün əkilməsi üçün bir aylıq mukafatlarin alacalar. Başa düşmürük, dövlət qulluqçuları nə üçün tütün əkməlidir?”.
Daha sonra məktub müəllifi rayon sakinləri adından aydiyati qurumlardan Yardimli rayon icra hakimiyyəti başçısı Ayaz Əsggərov və müavini Mahir Mirzeyev barəsində tədbir gormələrini istəyir. Məkub müəllifi Pravda.az vasitəsilə müraciət edir: “DTX-nı Yardımlı rayon icra Hakimiyyətində görmek isreyirik ki, bu haqsizliga bu özbaşınalığa son qoyulsun. Hörmətli qurumlar, Yardimli rayon büdcəsi Mahir Mirzeyevlə Ayaz Əsgərovundur. Rayon sakinləri olaraq batıb gedirik. Həbs edilən Ismayıl Vəliyev, Mahir Mirzeyevin yaninda yalandır. Görəsən Mahir Mirzəyev villalari, maşınları torpaq saheleri, fermalari, şirkətləri, 1800 azn əmək haqqı ilə etmək mumkundur?”
Şikayət məktubunda adı hallanan şəxslərin mövqeyini dinləməyə hazırıq.
MilliYol.az