İslamofobiyanın mərkəzinə çevrilən Almaniyada bir müddətdir səsi çıxmayan radikal sağ terroru yenidən meydana çıxıb...
İbrahim Karagül
“Yeni Şafak” qəzeti
Bu dəfə də qətliam üsulu ilə qayıdıblar. Türklər və müsəlmanlar bir daha Hanau şəhərində terrorun hədəfinə çevriliblər. 5-i türk olmaqla, ümumilikdə 10 nəfər həyatını itirib.
Nə qədər qəribə olsa da, bu hücum alman kəşfiyyatının bir radikal sağ qrupu çökdürməsindən, məscidlərə hücum edilməsi və dini qurumların daha təhlükəsizlik şəraitdə olması ilə bağlı etdiyi çağırışlardan dərhal sonra baş verib.
Radikal sağa Almaniyanın Con Bassı nəzarət edir?
Qəribə olan budur ki, bu hücum Almaniyada radikal sağa rəhbərlik etdiyi deyilən ABŞ-ın Berlindəki səfiri Riçard Qrenelin ABŞ Kəşfiyyat Direktoru təyin edilməsi ilə eyni vaxtda baş verib.
Bu vəziyyət Ankaradan Əfqanıstana təyin olunmuş və gedişindən əvvəl “İŞİD Türkiyəyə hücum etmirsə, bu, bizim sayəmizdədir” deyən Com Bassın vəziyyətini xatırlatdı. Çünki Bass İŞİD hücumlarının və 15 iyul çevriliş cəhdinin arxasında duran kritik simalardan biri idi.
Merkel: Bu bir zəhərdir, amma təkcə bu qədər deyil...
Bu vəziyyət yenə də Türkiyədəki Ergenekon əməliyyatlarının başlanması ilə Almaniyada türklərə qarşı sistematik hücumların aparılmasının eyni tarixə düşdüyünü xatırladır. Əgər bu hücumlar davam etsə, Türkiyədə də bəzi hadisələr olacağını düşünməliyikmi?
Təəssüf ki, Almaniya kansleri Angela Merkelin: “İrqçilik zəhərdir, nifrət də zəhərdir və bu zəhər cəmiyyətimizdə var”, ifadəsi çox doğrudur. Təkcə Almaniyada deyil, irqçiliyin və anti-semitizm vətəni Avropadır və bu zəhər əksər AB ölkələrində var. 21-ci əsrin ixtirası olan “İslamofobiya” İsrail və ABŞ-da istehsal edilib, Avropanı da vətən olaraq seçib.
Almaniya irqçilik və islamofobiya yuvasına çevrilib
Ancaq çox güman, Merkel də bilir ki, bu elə sadə məsələ deyil. İslamofobiya İsrailin radikal sağı tərəfindən istehsal edilib və əvvəlcə ABŞ-a, daha sonra Avropaya yerləşdirilib. Nasist keçmişindən gələn zəifliyə görə Almaniya bu doktrina üçün ən uyğun “yuva” olaraq seçilib.
“İslam əleyhinə terrorizm” doktrinasını qlobal miqyasda İslamla mübarizə siyasəti olaraq tətbiq edənlər də məhz onlardır. Bu çərçivədə ölkələr işğal edilib, bütün dünyada müsəlmanlara qarşı açıq və ya qapalı müharibələr edilib və bu, hələ də davam edir. Almaniyanın zəif cəhətlərindən istifadə edərək bu müharibədə onu ən ciddi təhlükəsizlik bazalarından birinə çeviriblər.
Radikal sağı gücləndirmə və İslamofobiya prosesi, əslində bir dövlət siyasətidir
Avropada radikal sağ və İslamofobiya, əslində bir dövlət siyasəti kimi gücləndirilir. İslamofobiya islamla müharibə siyasəti çərçivəsində radikal sağın güc toplaması üçün həyata keçirilir.
Güc qurmaq, mərkəzi güc sahələrini inkişaf etdirmək, müdafiə qalxanlarına sahib olmaq qlobal miqyasda ən güclü tendensiyadır və bütün ölkələr bu tendensiyanın təsiri altındadır. Çünki hər bir ölkə gələn böyük fırtınadan sağ çıxmağın yollarını axtarır.
Bəzi ölkələr bunu güclü liderlərlə edirlər. Məsələn, Türkiyə, Rusiya, ABŞ (Tramp bunu yoxlayır), Çin, Hindistan nümunə ola bilər. Güclü liderlər çıxara bilməyən ölkələr isə - bu, xüsusən, Avropada özünü göstərir - radikal sağı bəsləməklə ictimai gücü dövlət hakimiyyətinə çevirmək yolundan istifadə edir.
Bütün bunların sonunda “kənardakı”nın xaric edilməsi vacib nüansdır. Çünki “kənarda” olan bir zəif bir sahə hesab edilir. Avropanın demokratiya, insan hüquqları və azadlıqları kimi narahatlığı artıq diqqət mərkəzində deyil. Avropanın artıq “birlikdə yaşamaq” kimi bir prioriteti yoxdur. Onlar İkinci Dünya Müharibəsindən sonrakı dəyərlər idi və çoxdan tərk edilib.
Yenidən Almaniyaya qayıdaq və keçmişdəki bəzi qeydləri təkrarlayaq:
Şutqart yaxınlığındakı Baknanqda bir mənzil... Gecə çıxan yanğın zamanı ana Nazlı Özkan (40), Xədicə Oruc (17), Yılmaz Soykan (14), Əbdülqadir Soykan (8), İzzət Soykan (7), Yasin Soykan (6), Əhməd (3) və 6 aylıq Murat Soykan həyatını itirib.
2 Fevral 2008: Lüdviqşafendə Solingen fəlakətini geridə qoyan bir faciə baş vermişdi. 5-i uşaq olmaqla, 9 nəfərin can verdiyi hadisə üzərində dörd həftə ərzində 50 mütəxəssis çalışmışdı. Onların əldə etdiyi yalnız bir nəticə vardı: bu yanğın təxribat idi.
Almaniyada Solingendən Lüdviqşafenə qədər yandıraraq öldürmə tarixi var. Sanki, “yandırmaq” Almaniyaya etiket kimi yapışıb.
Alman federal prokurorluğu sənədləri bağlayıb. Guya sübut yox imiş!
Ümumiyyətlə, türklərin yaşadığı evlərdə qəribə yanğınlar çıxır, uşaq ölür, cənazələr Türkiyəyə gətirilir, iki ölkə təskinlik verici açıqlamala verir, media və qeyri-hökumət təşkilatları yanğınları sözün əsl mənasında sorğulamır, alman polisinin araşdırmaları həmişə nəticəsiz qalır və Almaniya Prokurorluğu sənədləri bir bir bağlayır.
Həmişə belə olub. Yüzlərlə ev yıxılıb və ya yandırılıb. Bizi təəccübləndirən və ya ürəyimizi rahatlaşdıran heç bir nəticə görə bilmədik. Minlərlə küçə kameralarından heç biri yüzlərlə evin yanğın görüntülərini qeydə almayıbmış.
Sonralar Almaniya hakimiyyəti, hətta təxribat ehtimalını da ləğv edib. Lüdviqşafendəki hücumu həll etməməklə yanaşı, bundan sonra da ardıcıl olaraq davam edən hücumların heç biri öz həllini tapmadı.
Alman Dərin dövləti işini görür, radikal sağ da ört-basdır edir...
2 fevraldan sonra yanğın hadisələri daha da artıb. Hadisələr Almaniya sərhədlərini keçərək Avstriya və Vyanaya çatıb. Fevralın 4-də türklərin yaşadığı binada baş verən yanğında 16 nəfər yaralanıb. Elə həmin gecə başqa bir yanğında isə 5 nəfər yaralanıb. Baden-Vürtemberqdə də bir türk ailənin evində yanğın baş verib.
Fevralın 16-da Şimali Reyn-Vestfaliyanın Gelzenkirxen şəhərində baş verən yanğında 7 Türkiyə vətəndaşı yaralanıb. Pforshaym şəhərində altı mərtəbəli binada təxribat törədilib. 24 gündə türklərin yaşadığı 17 ayrı bölgədə yanğınlar başladı və hücumlar davam edib. 1 il ərzində təxminən 100 təxribat baş verib.
Dərin dövlət quruluşu Almaniyanın daxili və xarici siyasətində gizli əməliyyatlar həyata keçirir və bu əməliyyatları radikal sağçı dəstələrlə kamuflyaj edirdi.
Yandırmağın yerini qətliamlar alıb. Görünür, üsul dəyişdirirlər.
Almaniya Federal Prokurorluğunun bu cür hadisələrlə bağlı apardığı “dərin” araşdırmalarda bir şahid və ya kamera görüntüsü belə tapa bilməməsi fikrimi daha da gücləndirir. Sonda prokuror mətbuat konfransı təşkil edərək: “Heç bir dəlil tapılmadı” deyib və məsələ bağlanıb.
Bu yanğınlar şübhəli və sıradan hadisələr deyildi. Bu günə qədər edilən araşdırmalar da inandırıcı deyil. Dönərçi cinayətləri və bu cinayətlərdə alman kəşfiyyatının əlaqələri olması adi hal deyildi.
İrqçi hücumlar əvvəllər küçələrdə olurdu. Dövlət məmurlarının sözləri və hərəkətləri sonradan bu istiqamətdə küçələri daha qızışdırdı. İndi atəşlər qırğınlarla əvəz olunub. İddialara görə, alman təhlükəsizlik bölmələri əvvəlcədən əməliyyat keçirməsə, Yeni Zelandiyadakı hadisəyə bənzər bir qətliam törədiləcək Son hücumu da tuta bilmədikləri bir kameranın üzvü həyata keçirmişdi.
Yəqin, bu məsələnin də üstünü bağlayarlar.