Hərbi bazalardan bir qayda olaraq əksər hallarda qoşunların hazırlığı, yerləşdirilməsi və hərbi əməliyyatların keçirilməsi üçün mənzil qərargahı qismində istifadə edilir. Bununla belə bəzi bazalar digərlərindən fərqli xüsusiyyətlərə malikdirlər, belə ki, xüsusi məqsədlər və ya yerli təbiət şəraiti onları bəzən hətta qəribə formalar alan əlavə konstruksiya ilə təchiz etməyə vadar edir.
Bu gün sizlərlə birgə dünya dövlətləri tərəfindən yaradılan məxfi və qəribə hərbi obyektlərə nəzər yetirəcəyik:
10. Tule
Tule– ABŞ-ın ən şimal hissəsində yerləşən hərbi obyektidir. Burada Rusiya tərəfindən buraxılan istənilən qitələrarası ballistik raketi müəyyən etməyə qadir erkən müdaxilə aşkarlama sistemi fəaliyyət göstərir. Bundan başqa obyekt digər sülhməramlı məqsədlərə də xidmət edir, onlar arasında kosmik uçuşlara nəzarət və atmosfer anomaliyalarının aşkarlanması yer alır. Bazanın yerləşdiyi yerdə ilin əksər vaxtlarında təsəvvüredilməz soyuq hökm sürür, yağıntı isə yağmır, bu yerli hərbçilər üçün bir sıra narahatlıqlar yaradır. Bazanın istismarı prosesində çətinliklərin yaranmasının qarşısını almaq üçün hərbi obyekt qalın buz üzərində tikilib, elektrik naqilləri və kanalizasiya sistemləri isə nisbi istidə qalması və əlçatan olması üçün hava ilə çəkilib.
9. Payn Gep
Payn Gep- Avstraliyada yerləşən tanınmış ABŞ hərbi bazasıdır. Burada potensial təhlükələrə nəzarət və videomüşahidə sistemlərinə azad çıxış əldə edən, bundan başqa Şərq yarımkürəsinə gələcək hərbi zərbələrin endirilməsi üçün məlumatlar toplayan Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi kimi təşkilatların bölmələri yerləşir. Alis-Sprinqs şəhərciyi yaxınlığındakı səhranın ortasında tikilən baza antennaları qorumaq üçün nəzərdə tutulan, qeyri-adi ağ müqavimət sipəri ilə fərlənir.
8. Şeytan Qülləsi
Şeytan Qülləsi Cəbəllütariqdə yerləşən böyük hərbi bazadır. Adı çəkilən ərazi 1713-cü ildən bəri Britaniyanın nəzarəti altındadır və bütün bu zaman ərzində bu strateji baxımdan əlverişli ərazidə Britaniya qarnizonu daimi əsasda yerləşir. Bu baza yeraltı tunellər, şəhər şəraitində hərbi əməliyyatlara hazırlıq məqsədilə bir neçə şəhər modeli,əsgərlərin təlim keçməsi üçün paraşütlə atlama və dayvinq qurğularının yer aldığı əla məkanla təchiz edilib.

7. USAMRIID
ABŞ ordusu İnfeksion Xəstəliklər Tibb İnstitutu Merilend ştatı, Fort Detrikdə yerləşir. ABŞ ordusunun bu bazası bioloji təhlükələrə qarşı müdafiə tədbirlərinin ixtirasına xidmət edir. Burada Sibir xorası və taun kimi bir sıra təhlükəli xəstəliklərin nümunələri saxlanılır. Müasir tibbdə bu gün geniş istifadə edilən bir sıra vaksinlər burada hazırlanıb. Fəaliyyət növünə əsasən, baza tam olaraq hermetikdir və xarici dünyadan təcrid olunub. Əlavə təhlükəsizlik tədbirlərinə havanın yüksək filtirasiya səviyyəsi, ikiqat qapı şlüzləri və partlayışlardan qoruyan bufer məkanlar daxildir.
6. Atoll Kvacaleyn
Kvacaleyn hərbi bazası Sakit okeanda eyni adlı adalar arxipelaqında yerləşir və qonşuluqda yerləşən digər hərbi bazalarla oxşardır. Bununla belə bu baza digərlərindən nəzərə çarpacaq dərəcədə kiçikdir və Marşall adaları Respublikasından icarəyə götürülən 11 adanı əhatə edir. Sınaqların keçirilməsinə mane olan radio və mobil rabitədən tam təcrid sayəsində bura hərbi bazanın yerləşməsi üçün əla yerdir. Bazadakı hərbçilər, adalardan bir çoxunda yaşayış məkanları olmadığından bir adadan digərinə tez-tez uzun səfər etməli olurlar.
5. Duqa-3
Duqa- Ukraynanın Çernobıl rayonunda yerləşən nəhəng Rusiya radiolokasiya stansiyasıdır. Baza SSRİ tərəfindən düşmən raketlərinin Sovet İttifaqı ərazisinə mümkünmüdaxiləsinin aşkarlanması üçün istifadə edilib. Onun böyük gücü bütün dünyaya radiodalğalar göndərməyə imkan verir. Stansiya 1976-1989-cu ildə fəaliyyət göstərib. O zamandan bəri stansiya istifadəsiz qalıb və nadir hallarda radiohəvəskarlar tərəfindən məlumat ötürülməsi üçün istifadə edilir.
4. Şayenn dağı
Şayenn dağında yerləşən nüvə bunkeri xarici görünüşündən Ceyms Bond barədə filmlərdə cinayətkarların məkanını xatırlada bilər. Həqiqətdə isə burada müdafiəsi düşmən tərəfindən nüvə silahının tətbiqinə davam gətirəcək Şimali Amerika möhkəmləndirilmiş hərbi-kosmik müdafiə komandanlığı mərkəzi (NORAD) yerləşir. Dağın qranit yamacları, 25 tonluq qapılar, partlayış dalğasını udmaq məqsədilə layihələndirilən xüsusi olaraq tikilən amortizatorlarla müdafiə edilən baza bütün mümkün faciələrə tab gətirə bilər. Hazırda bazada 200 hərbçi çalışır.

3. Jelyava aviabazası
Jelyava aviabazası Xorvatiya və Bosniya və Hersoqovina sərhədində yerləşir. Bu nəhəng yeraltı strukturun tikintisinə böyük vəsait sərf edilib. Adı çəkilən baza keçmiş Yuqoslaviya ərazisində yerləşən ən böyük hərbi-hava bazalarından biridir. Onun hədəfləri ABŞ-dakı NORAD bazası ilə oxşardır- istənilən potensial təhlükə barədə xəbərdar edir, yerli sakinləri mümkün nüvə partlayışından müdafiə edir. Yuqoslaviyadakı müharibə zamanı obyekt geri çəkilən Yuqoslaviya ordusu tərəfindən düşmən qüvvələrinin istifadə edə bilməməsi üçün demək olar ki, tamamilə silahsızlaşdırılıb. Bu gün də adı çəkilən hərbi obyekt minalar və digər yerüstü partlayıcı qurğularla əhatə olunub.
2. HAARP elmi-araşdırmalar stansiyası
Bu hərbi baza yalnız qəribə xarici görünüşü ilə əlaqədar sui-qəsd nəzəriyyəsi tərəfdarlarının diqqət obyekti olaraq xidmət edir. Bu hərbi baza qütb parıltısına oxşar effektlərin süni surətdə yaratma imkanlarının araşdırılması məqsədi ilə ionosferdə yüksəktezlikli radiodalğaların araşdırılması proqramının həyata keçirilməsi yeridir. Araşdırma qrupu ümid edir ki, bu texnologiya son nəticədə bizlərə elektronlardan dərinsulu sualtı qayıqlar ilə əlaqə yaratmaq və peyklər vasitəsilə məlumatların ötürülməsinin sürətləndirilməsi prosesinin mümkün olmasına kömək edəcək. Stansiyanın Alyaskanın dərinliklərində yerləşməsi səbəb ionosferə təsir göstərməyə imkan verən maqnit sahəsinin zəruri səviyyəsinin məhz burada yerləşməsidir.
1. Maunsella fortları
Maunsell fortları İkinci Dünya müharibəsi zamanı tikilən möhkəmləndirilmiş qüllələr toplusudur.Onların məqsədi Böyük Britaniyanı hava hücumlarından müdafiə və Almaniya gəmilərinin müttəfiq gəmilərin yolunda mina qoymasına istənilən cəhdin qarşısını almaq olub. Qüllələrdən bəziləri desant qüvvələri, digərləri hərbi-dəniz qüvvələri tərəfindən istifadə edilsə də bütün qüllələr oxşar olub və istənilən hava və dəniz hücumuna tab gətirə bilib. (salamnews.org)

"Milli Yol"
Digər xəbərlər
loading...