"Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Ağamməd oğlu Kərimli 2010-vu ilin sentyabrında qeydiyyatdan keçmiş "GLOBAL VALUE GROUP" MMC-nin (VOEN2001785791) təsisçisi və qanuni təmsilçisidir".
MilliYol.Az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. Onun sözlərinə görə, Vüsal Kərimlinin şirkət Bakı şəhəri, Xətai rayon, Sabit Orucov ev 23, mənzil 76 ünvanında hüquqi qeydiyyatdadır.
BNA rəhbərinin təsis etdiyi daha bir şirkət - "GMSA" MMC isə 2014-cü il martın 14-də Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Şirkətin hüquqi ünvanı Bakı şəhər, Nəsimi rayon, 20 yanvar küçəsi ev 3, mənzil 13-dədir.
Vüsal Kərimlinin təsisçisi olduğu "GMSA" MMC ilə eyni ünvanda 2014-cü ilin dekabrında "K GROUP" MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 3000010.00 manat, qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yadadılan BNA-nın əsas tərəfdaşlarından biridir, avtobuslara kart oxuyan cihazlar - validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunur.
Ceyhun Əliyev həmçinin 2008-ci ildə qeydiyyatdan keçmiş "İTPRO SOLUTİONS LTD" MMC-nin də qanuni təmsilçisidir.