Prezident İlham Əliyev heykəltəraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
MilliYol.az xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Fazil Nəcəfov 16 fevral 1935-ci ildə Bakıda anadan olub. Sabah 85 yaşını qeyd edəcək sənətkar 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanına əsasən, Xalq Rəssamı adına layiq görülüb.
Digər xəbərlər
loading...