Çinin “Xiaomi” şirkəti yeni “Mi 10” və “Mi 10 Pro” smartfonlarını təqdim edib.
MilliYol.Az xəbər verir ki, hər iki smartfon 2340 x 1080 pks təsvir çözümünə və 90 h tezliyinə malik 6,67 düyümlük “Super AMOLED” displeylə təchiz olunub.
"Snapdragon 865” çipilə işləyən yeni smartfonlar müvafiq olaraq 8 və 12 GGb əməliyyat yaddaşına, 128 və 256 GGb sabit yaddaşa malikdir.
Mühəndislərin dediyinə görə, 5G rabitə sistemini dəstəkləyən və yeni LPDDR5 formatlı əməliyyat yaddaşı olan bu cihazlar 108 mPs həcmində kameraya malikdir. “Mi 10” 13 mps-lik obyektiv və əlavə olaraq iki ədəd 2 mps-lik sensorla, “Mi 10 Pro” isə əsas modulla yanaşı, 20 mps-lik obyektiv və 12 və 8 mps-lik iki teleobyektivlə təchiz olunub.
loading...