İsmayıllı rayonu Kürtmaşı kəndində sürü halında üzə çıxan ilanlar sakinlərin narahatlığına səbəb olub. Sakinlər sürü halında görünmələrini ilanların köç etməsi və ya yuvalarına qayıtması kimi dəyərləndirirlər. Ancaq bu cür halların tez-tez baş vermədiyini nəzərə alsaq, bu, ciddi narahatçılıq doğurur.
Tanınmış astroloq Səbuhi Rəhimli məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında narahatlığa ciddi əsas olduğunu bildirib: “İlanların təbiətini bilənlərə gizli deyil ki, onlar ilin bu vaxtlarında yerin dərinliklərinə gedir və yuvalarında yatırlar. Lakin kütləvi şəkildə üzə çıxmaları heç də yaxşı əlamət deyil. İsmayıllıda hava hərarətinin hazırda sıfır dərəcə civarında olmasını nəzərə alsaq, bu, inandırıcı görünmür. Çünki ilan bu temperatura davam gətirə bilmir. Məsələdə mistik nəsə axtarmağa lüzum görmürəm. Qorxduğum odur ki, kifayət qədər həssas olan bu sürünənlər dağıdıcı fəlakət səbəbindən – sürüşmə və ya zəlzələ səbəbindən yuvadan çıxıblar. Bunu mütəxəssislər araşdırmalıdır. Məncə rayonun Kürtmaşı kəndinin sakinlərini hər ehtimala qarşı evakuasiya etmək lazımdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...