"Bütün viruslar yaz gələn kimi ölür".
Bu sözləri Qaynarinfo-ya açıqlamasında tibbi-ekspert Adil Qeybulla ABŞ prezidenti Donald Trampın koronavirus epidemiyasının aprel ayında sona çatacağı ilə bağlı fikirini şərh edərkən deyib.
Adil Qeybulla qeyd edib ki, viruslar payız gələndə fəallaşırıar: "İstilər düşən kimi yavaş-yavaş yoxa çıxırlar. Söhbət təkcə koronavirusdan getmir. Bütün viruslar mart ayına kimi yaşayır. Koronavirusun 10-a yaxın növü var. Onlardan 3-ü ən ağır formasıdır. Koronavirus-2019 da qorxulu növlərdindən sayılır. Hazırda bununla mübarizə aparırır.”
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qubernatorlarla görüşündə koronavirus epidemiyasının aprel ayında sona çatacağını bildirib: ABŞ prezidentinin sözlərinə görə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib. "İnsanlar düşünürlər ki, koronavirus isti səbəbindən apreldə gedəcək. Ümumiyyətlə, isti belə virusu öldürür".