Təhsil şöbəsinin müdirindən internat məktəbinin direktoru olduğu vaxtlarda satdığı torpaq sahələrinə görə şikayət ediləcək.
Göyçay Təhsil şöbəsinin müdiri Rəşad Məmmədovla bağlı yaxın günlərdə lazımı instansiyalara şikayət ediləcək. Bu barədə AzFakt.com-a Göyçaydan məlumata daxil olub.
Bildirilir ki, Rəşad Məmmədov Göyçay rayon Səməd Vurğun adına İnternat Məktəbinin direktoru olduğu müddətdə təhsil ocağının balansında olan torpaq sahələrini müxtəlif məmurlara satıb. Hazırda adı çəkilən təhsil ocağının çox kiçik bir torpaq ərzisinin qaldığını deyən mənbəmiz bildirir ki, dəfələrlə bu məsələ ilə bağlı yuxarı instansiyalara müraciət edilmək istənilsə də, Rəşad Məmmədov İcra Hakimiyyətinin əli ilə onların qarşısını alıb. Məlumatda qeyd edilir ki, Rəşad Məmmədov direktor oduğu vaxtda satdığı torpaq sahələrindən yaxşıca qazanc götürüb. Maraqlı məqamlardan biri isə prezident İlham Əliyevin Səməd Vurğun adına İnternat Məktəbinin açılışında iştirak etməsindən sonra bu topraq sahlərinin kütləvi şəkildə satılmağa başlamasıdır. Yəni dövlət başçısının internat məktəbinin açılışna gəlməsindən istifadə edən Rəşad Məmmədov və həmin dövrdə icra başçısı işləyən Mənsur Məmmədov əlbir olaraq təhsil ocağının torpaq sahələrini satıblar.
Rayon sakinlərinin verdiyi bilgiyə görə, hazırda Səməd Vurğun adına İnternat Məktəbinin torpaq sahələrində ölkənin tanınmış şəxslərinin villaları və obyektləri mövcuddur. Bunların arasında millət vəkili Elxan Süleymanova məxsus böyük ticarət mərkəzi, gömrük generalı Ehtiram Xəlilova, onun əmisi oğlu, DSMF-nin Göyçay rayon şöbəsinin müdiri Kamran Xəlilova, YAP-ın Göyçay təşkilatının sədri Sahib Şükürova və digər vəzifəli şəxslərə məxsus villalar var.
Məlumatda vurğulanır ki, Rəşad Məmmədov internat məktəbinin direktoru işlədiyi vaxtlarda bu ərazilərin guya zəbt edilməsi ilə bağlı ətrafına yalan məlumat yaymışdı. Lakin sonrada məlum oldu ki, satılan toorpaqlarda birbaşa direktorun razılığı olub. Belə ki, həmin dövrdə Göyçayın icra başçısı işləyən Mənsur Məmmədov təhsil ocağının balansında olan torpaq sahələrininin sataraq Rəşad Məmmədova da pul verib. Hətta bəzi kiçik dükan yerlərini direktor özü sataraq mənimsəyib.
Bildirək ki, Rəşad Məmmədov əvvəlllər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Göyçay rayon təşkilatının sədr müavini vəzifəsində işləyib. Hətta 2005-ci il parlament seçkilərində DSK-da hakim Yeni Azərbaycan Partiyasına qarşı radikal hərəkətləri ilə gündəmə gəlib. Ancaq qısa müddətdən sonra AMİP-dən istefa verərək Səməd Vurğun adına internat məktəbin direktoru vəzifəsinə təyinat alıb. Bir neçə il direktor işlədikdən sonra isə Göyçay şəhər icra nümayəndəsi vəzifəsinə "perevod" olub. Şəhər icra nümayəndəsi işlədiyi dövrlərdə isə yüzlərlə qanunsuz işləri ilə günmdəmə gələn Rəşad Məmmədov Mübariz Ağayevin dövründə təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Onun şöbə müdiri olmaq üçün keçmiş icra başçısı Mübariz Ağayevə 100 min manat rüşvət verdiyi deyilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: AzFakt.com
Digər xəbərlər
loading...