Sabiq daxili işlər naziri İsgəndər Həmidovun vəziyyəti ağır olaraq qalır.
Bu barədə Qaynarinfo-ya tibbi ekspert Adil Qeybulla deyib. O bildirib ki, İsgəndər Həmidovun vəziyyətinin düzəlməsi üçün zaman lazımdır:
“Hələ ki komadadır. Ümid edirik, inanırıq ki, zəhmətimiz heçə getməyəcək, İsgəndər bəyə edilən müalicələrə müsbət cavab alacağıq”.
Qeyd edək ki, bir neçə gün öncə daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. Koma vəziyyətində o, Mərkəzi klinik Xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan İsgəndər Həmidov fevralın 5-də "City" hospitala köçürülüb.
Digər xəbərlər
loading...