Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 46 saylı Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.
MilliYol.Az xəbər verir ki, MSK-nın qərarına əsasən, DSK məsələyə yenidən baxacaq. Bu qərar R. Camalovun ikili vətəndaşlığına dair iddialarla əlaqədar qəbul edilib.
Qeyd edək ki, R. Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.
MSK hazırda 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Fərəc Quliyevlə bağlı şikayət baxır.
Xatırladaq ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F. Quliyevlə danışığının səs yazısını yayıb. Səs yazısında F. Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklif etməsi əksini tapıb.