İraq hökuməti Mosula hücumları bərpa edib. MilliYol.Az xəbər verir ki, 3 günlük fasilədən sonra ölkənin ikinci böyük şəhərində toplaşan İŞİD-çilərə qarşı hərbi əməliyyatlara start verilib.
Beynəlxalq xəbər agentliklərinin yayımladığı xəbərlərə görə, əməliyyatlara İraq ordusunun əsgərləri ilə yanaşı, xüsusi təyinatlı anti-terror birlikləri də qatılıb. Mosulu ikiyə ayıran Diclə çayının şərqindən hücuma başlayan İraq ordusu şəhərin sərhədlərinə doğru yaxınlaşıb.
"Associated Press"ə danışan İraq ordusurun komandanlarından biri - Heydər Fadıl İŞİD-in bomba yüklənmiş maşınlarla hücumların qarşısını almağa çalışdığı, buna rəğmən ordunun şəhərə yaxınlaşdığını bildirib. General bildirib ki, hazırda ordu şəhərin 3 km-lik məsafəsindədir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...