İnternet istifadəçilərini ən çox maraqlandıran məsələlərdən biri “2016-cı ildə III Dünya müharibəsi başlayacaqmı?” sualıdır. Çünki bir çox öncəgörmələrdə yeni dünya müharibəsinin məhz bu il başlayacağına dair işarələr var. Misal üçün, Vanqa bu haqda tez-tez danışırdı. Bu proqnozlara dünyanın hazırki vəziyyətini əlavə edəndə ehtimallar daha da artır.
Publika.az xarici mediaya istinadən xəbər ki, geosiyasi analitiklər III Dünya müharibəsinin mümkünlüyü ilə bağlı virtual sorğu keçirib.
İnternet istifadəçilər arasında keçirilən sorğuda maraqlı fikirlər ortaya çıxıb.
Əksətiyyət nə baş verdiyini anlamağa çalışarkən, bir çoxu artıq müharibənin başlandığını düşünürlər. Bir neçə internet istifdəçisi isə III Dünya müharibəsinin bu ilin sonunda başlayacağı fikrini müdafiə edir.
Dünyanın siyasi xəritəsində son illər baş verənlər isə qlobal oyunçuların planeti yenidən bölmək uğrunda həqiqi döyüşə başladığını göstərir.
Analitiklərə görə, Ukraynada və Yaxın Şərqdə hadisələrin dinamikası dünya müharibəsini mümkün edir. Xüsusilə, Suriyada müşahidə olunan hərbi toqquşmalar böyük müharibənin başlana biləcəyi ehtimalını gücləndirir. Lakin ekspertlər bunun üçün iqtisadi imkanların olmadığını hesab edirlər. Ona görə də III Dünya müharibəsinin bu il başlamayacağı haqda fikirlər də var.
Bir çox politoloq isə hesab edir ki, Yaxın Şərqdə ABŞ və Rusiyanın qarşıdurması regional müharibədən böyük müharibəyə keçə bilər. Sonuncu dəfə Suriya-Türkiyə sərhədində Rusiya təyyarəsinin vurulması böyük müharibənin başlanması üçün potensial məqam idi. Lakin problem yoluna qoyuldu.
Bütün bunlara baxmayaraq, Ukrayna böhranından sonra dünyanın üzərində müharibə asılı olaraq qalır. Hazırda dünya dövlətləri hibrid müharibələr aparmağa daha çox meyillidir. Bu baxımdan hesab olunur ki, ilk mərhələdə planetin nüfuz dairələrinə bölüşdürülməsi davam edəcək. Sonrakı mərhələdə yeni dünya müharibəsinin başlanması proseslərin inkişafından asılı olacaq. Belə fikirlər də var ki, hazırda davam edən müharibələr III Dünya müharibəsinin ilkin müstəvisini formalaşdırır.
MilliYol.Az
Digər xəbərlər
loading...