Türkiyənin Elazığ və Malatya şəhərlərində baş vermiş zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemlərin həll etmək üçün Azərbaycan Respublikasının rəsmiləri Türkiyədən olan həmkarları ilə müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa məsləhətləşmələr aparırlar.
Bu barədə MilliYol.Az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 22 nəfər ölüb, 1030 nəfər xəsarət alıb.
Digər xəbərlər
loading...