44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd, millət vəkili Hacı Salayev namizədliyini geri götürüb.
Hacı Salayev 9 fevral VI çağırış növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı qeydə alındığı seçki dairəsinə müraciət edib. Bu haqda məlumatı sfera.az saytı yayıb.
Azxeber.com məsələni dəqiqləşdirmək üçün Hacı Salayevlə əlaqə saxlayıb. O xəbərin həqiqət olduğunu deyib: "Xəbər yayılıb və bu düz xəbərdir. Mən namizədliyimi geri götürmüşəm".
Hacı Salayev hansı səbəbdən bu addımı atdığı haqda isə danışmaq istəməyib.
Qeyd edək ki, Hacı Salayev 4-cü və 5-ci çağırış Milli Məclisin üzvü olub.
Digər xəbərlər
loading...