"Palmali Qrup" şirkətinin vəzifəli şəxslərindən Vüqar Hüseyn sabiq idarə heyəti sədrinin müavini Alaattin Aykaç haqqında iddialar ortaya qoyub.
Vüqar Hüseyn bildirib ki, Aykaç şirkətdən ayrıldıqdan sonra "Palmali Qrup"a aid bəzi şirkət hissələrini və əmlakları təhvil verməyib.
Dünyanın ən böyük 10 gəmiçilik şirkətindən biri olan "Palmali Qrup" şirkəti azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsusdur. İddialara görə, Aykaç şirkətin pulu ilə böyük miqdarda qumar oynayıb, İstanbulda olan lüks əmlakları isə şirkətə təhvil verməyib. İttiham olunan şəxslə əlaqə saxlamaq hələki mümkün olmayıb. Şirkət nümayəndələri edilən bütün ödənişləri, pul tranfertlərini araşdırır.
Vüqar Hüseyndən əldə edilən məlumatlara görə, 15 ilə yaxın çalışdığı şirkətdə Aykaç "iki nömrə" mövqesində idi. Mənsimovdan sonra şirkətin bütün əməliyyatları ilə maraqlanan Aytaçla yolların ayrılmasından sonra böhran ortaya çıxıb. İddiaya görə, Aytaç üzərinə qeydli olan şirkətləri təhvil verməyib. Qrupa aid olan İstanbuldakı bir villa, üç qiymətli daşınmaz əmlakın da təhvil verilmədiyi məlum olub. Dörd gəmisi olan Maltadakı bir şirkətin də Aykaçın üzərinə qeydiyyatda olduğu iddia olunur.
Araşdırmalardan məlum olub ki, "Palmali" şirkətindən Kiprdəki bir şirkətə ödəmə edilib. Şirkətin Aykaçın bir yaxınının üzərinə qeydiyyatda olduğu, bu şirkətlə əməkdaşlıq edilmədiyi halda böyük miqdarda ödəmə edildiyi iddiası da gündəmdədir. Aykaçın xaricdə qumar oynadığı zaman ödənişləri şirkət kartlarından etdiyi deyilir. Həmin ödənişlərin milyonlarla dollar olduğu iddia olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...