Çində aşkarlanan sətəlcəmin yeni növünün Azərbaycanda yayılma riski istisna deyil.
Bu barədə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev BAKU.WS-ə bildirib.
Alimin sözlərinə görə, indiki virus təhlükəli olması ilə fərqlənir: "Koronovirusların 37-dən artıq növü var. Yeni virus da koronoviruslara daxildir. Həmin virus tibbi gedişə görə ağır hesab olunur. Bu gün Çində xəstələnən insanların sayı 300 nəfəri ötüb. Ölənlərin sayı 15 nəfəri ötüb. İnsandan insana yoluxma sıx təmasla keçir. Azərbaycana gəlib çıxması istisna deyil. Turizm və ticarət ilə əlaqəli yerlərə gedən azərbaycanlılar qayıdarkən həmin virusa yoluxa bilərlər".
Baş infeksionist çıxış yolu kimi də bəzi tövsiyələrini verib: “Çinə gedən insanlar özlərini gözləməlidir, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmaq lazımdır. Ən azından maska geyinməlidirlər. Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Bu səbəbdən Çindən ölkəmizə gələnləri nəzarətə götürməliyik. Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər planı işləyib hazırlayır. Onlar nəzarətə götürülməli, xəstə insanlar izolyasiya olunaraq nəzarət altında saxlanılmalıdı
Azrəbaycanda insanlar özlərini qorumalıdırlar. İnsanların sıx olduğu yerdə kənar olsunlar. Xüsusi respirator əlaməti olan insanlardan uzaq olsunlar. Maskalardan istifadə etsinlər. Termiki işlənmiş qidalardan istifadə etsinlər. Əllərini təmiz saxlasınlar. Onlar dizenfeksiyaya həssasdırlar və tez tələf olan viruslardır. Xəstələn kimi həkimə müraciət etsinlər. Çünki bu virusa yoluxan zaman nəzarətsiz buraxıldıqda, təhlükəli fəsadlara yol verə bilər”.
Cəlal İsayev onu da vurğulayıb ki, koronovirus əslində keçən əsrin axırlarında yayılan xəstəlikdir: “1965-ci ildə aşkarlanan virusdur. Əksər növləri insanda yüngül keçən resperator xəstəlikdir. Bunlar əsasən renit və zökəm əlamətləri ilə özünü biruzə verir. Çox hallarda tez sağalır və problemsiz ötüşür. Bu viruslar xarici təsirə çox davamsızdırlar. Bu viruslar yüksək tempratura çox davamsızdırlar. İnsanda 37 dərəcə istilikdə 3-4 saata məhv olur. Bu viruslar ilin soyuq vaxtlarında çox qala bilirlər. Bu səbəbdən də, qış aylarında yayılır. Hava damcı yolu və qida ilə insanlara yoluxur. Əsasən ev heyvanlarında müşahidə olunur. Heyvanlardan insanlara keçə bilir”.