Sevindik Həyəmovun tapşırığını yanlış anlayan icra hakimiyyəti işçiləri Fəzail Ağamalını açıq şəkildə sosial şəbəkədə təbliğ edirlər.
Salyanın icra başçısı Sevindik Hətəmov bütün icra nümayəndələrinə və büdcə təşkilatlarına tapşırıq verib ki, 60 saylı Salyan-Neftçala seçki dairəsindən Fəzail Ağamalıyevi müdafiə etsinlər. Bu barədə Salyandan MilliYol-a daxil olan məlumatda bildirilir ki, Sevindik Hətəmov birbaşa özü icra hakimiyyətinin işçilərinə bu barədə tapşırıq verib. Hətta iş o yerə çatıb ki, bəzi icra nümayəndələrində çalışan dövlət qulluqçuları sosial şəbəkədə belə Fəzail Ağamalının reklamı ilə məşğuldurlar. Bu isə seçki qanunla qəti qadağandır.
Sevindik Həyəmovu yanlış anlayanrdan biri də Kürsəngi kənd icra nümayəndəsinin işçisi Tofiq Qarayevdir. Şəkildən göründüyü kimi dövlət qulluqçusu açıq şəkildə Fəzail Ağamalının təbliği ilə məşğuldur və açıq qanun pozunutusunun əlavə şərhə heç bir ehtiyacı yoxdur.
MilliYol.az