Qəbələ rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Kürd kəndində qeydə alınıb.
Kənd sakini 1985-ci il təvəllüdlü Verdiyev Xəyal Xaliq oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.
Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(APA)
MilliYol.Az
Digər xəbərlər
loading...