“Neftçi” rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib. MilliYol.Az xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.
Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.
Qeyd edək ki, oktyabrın 25-də "Qarabağ"la oyun zamanı "Neftçi" klubunun azarkeşlərindən biri meydana daxil olub. O, Katalin Tiraya narazılığını bildirib. Bundan sonra Katalin azakeşə hücum edərək ona zərbə vurub. Futbolçu bu hərəkətinə görə 5 oyunluq cəzalandırılıb.
Bu arada "Neftçi”nin məşqçilər korpusu əsas komandanın 5 üzvünün əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qapıçı Krşevan Santini, müdafiəçilər Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyra əvəzedici heyətə göndərilib. Buna səbəb bu futbolçuların son oyunlarda uğursuz çıxış etməsidi.
MilliYol.Az
Digər xəbərlər
loading...