İran Ukrayna təyyarəsini raketlə vurduqlarını etiraf edib.
MilliYol.Az xəbər verir ki, bu barədə İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif rəsmi tvitter hesabında məlumat paylaşıb. O, baş vermiş hadisədən dərin təəssüf hissi keçirdiklərini ifadə edib.
"Kədərli bir gündür. Silahlı Qüvvələr tərəfindən aparılan daxili istintaq tədbirlərinin nəticəsi: ABŞ macəpərəstliyinin səbəb olduğu böhran anında insan xətası fəlakətə səbəb oldu. Xalqımız, qurbanların yaxınları və zərər çəkən digər millətlər qarşısında peşmançılıq hissi keçirir, üzr istəyir və başsağlığı diləyirik", - deyə Zərif yazıb.
Qeyd edək ki, yanvarın 8-də Ukrayna Hava Yollarına aid "Boeing 737" model sərnişin təyyarəsi Tehranın İmam Xomeyni Beynəlxalq Aeroportundan hava qaldıqdan qısa müddət sonra qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 176 nəfərin hamısı həyatını itirib.