General Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasında gərginlik sürətlə artır.
MilliYol.Az xəbər verir ki, iki ölkənin liderləri bir-birilərini hədələyir.
Növbəti hədə ABŞ prezidenti Donald Trampdan gəlib. Dövlət başçısı qarşı tərəfi İrana aid 52 bölgəni vurmaqla hədələyib.
İranın ABŞ ordusuna və vətəndaşlarına qarşı təhdidlərinə "Twitter"dən cavab verən Tramp bunları deyib:
Dünyanı, son zamanlarda yüzlərlə iranlı etirazçını və həyatında öldürdüyü bütün insanlarla yanaşı, bir amerikalını da öldürüb, bir çoxnu yaralayan terrorçulardan təmizlədiyimiz üçün İran bəzi ABŞ obyektlərini hədəf alacı ilə bağlı cəsarətlə danışır. Süleymani səfirliyimizə hücum edirdi və başqa yerləri vurmaq üçün də hazırlıq görürdü. İran illərdir problemdən başqa bir işə yaramır. Bu bir xəbərdarlıq olsun: İran amerikalılara və ABŞ obyektlərinə hücum etsə, biz 52 İran bölgəsini hədəf alacağıq (illər öncə İran tərəfindən girov götürülən 52 amerikalıya ithafən). Bu hədəflərin bəziləri çox önəmli hədəflər olacaq. Hansı ki, İran və İran mədəniyyəti üçün böyük önəm daşıyır. Bu hədəflər və İranın özü çox sürətli, çox sərt şəkildə vurulacaq. ABŞ daha artıq təhdid istəmir".
"Sizə hcum etdirlər və biz buna cavab verdik. Yenidən hücum etsələr, daha sərt vuracağıq. Bunu etməməyi onlara tövsiyyə edirəm. ABŞ hərbi teznika və silah-sursata 2 trilyon dollar xərcləyib. Biz ən böyük və dünyanın ən yaxşısıyıq. Əgər İran ABŞ bazalarına və ya amerikalılara hücum etsə, yeni silahlarımızın bəzilərini heç çəkinmədən göndərəcəyik" deyə Tramp əlavə edib.
Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin yanvarın 3-də Bağdad hava limanına endirdiyi hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) "Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymani və İraqdakı şiə milislərinin - "Haşdi Şabi"nin komandan köməkçisi Əbu Mehdi əl-Mühendis də daxil olmaqla 10 nəfər həlak olub.