Mətbuat Şurasının sədri Əflatun Amaşovun 9 fevralda baş tutacaq parlament seçkilərində iştirak etməyəcəyi haqda xəbər yayımlanıb.
MilliYol.Az xəbər verir ki, azxeber.com məsələni dəqiqləşdirmək Amaşovun özü ilə əlaqə saxlayıb.
O hazırda xaricdə olduğunu və yekun qərar vermədiyini deyib: "Mən hazırda ölkə xaricindəyəm. Hələ vaxta var. Növbəti parlament seçkiləri ilə bağlı qərar qəbul etməmişəm. Qərarımı verəndə hər kəsin xəbəri olacaq. Tələsməyək”.
Qeyd edək ki, 8 bitərəf deputat növbəti seçkilərdə iştirak etməyəcək. Bunlar Zeynəb Xanlarova, Elmira Axundova, Valeh Ələsgərov, Kamran Nəbizadə, Elxan Süleymanov, Flora Qasımova və Mahir Aslanov və Gövhər Baxşəliyevadır.
Digər xəbərlər
loading...