Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağmağa başlayıb.
Ən çox qar Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndində 5 sm, Təngəaltında 3 sm, Qubanın mərkəzində isə 1 sm qar müşahidə olunub. Qusarın Yasab kəndinə isə 1 sm qar düşüb.
Qubanın Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.
Digər xəbərlər
loading...