Bağdad Hava limanının ABŞ tərəfindən raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Quds Xüsusi Qüvvələrinin rəhbəri general Qasim Süleymani öldürülüb.
MilliYol.Az xəbər verir ki, İranın Ali rəhbərin məsləhət orqanının keçmiş komandanı Möhsin Rezai faktı təsdiqləyib: “İran Bağdadda raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds xüsusi təyinatlı qüvvələrinin başçısı general Qasim Süleymaninin ölümünə görə ABŞ-dan qisas alacaq”.
İran prezidentinin müşaviri Hesamaddin Aşna isə ABŞ-ın "öz həyəcanlı oyunları ilə" Yaxın Şərqdə özünə ən təhlükəli şərtlər yaratdığını deyib, bildirib ki, Vaşinqton bunun nəticələrinə hazır olmalıdır.
Pentaqon da öz növbəsində general Suleymaninin öldürüldüyü xəbərini təsdiq edib.