İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib.
MilliYol.Az xəbər verir ki, onlar AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında gizli səsvermə nəticəsində seçiliblər.
Nəticəni Hesablama komissiyasının sədri Urxan Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ramiz Mehdiyev hər iki birinci vitse-prezidenti təbrik edib.
Xatırladaq ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.
Qeyd edək ki, bu vəzifə akademiyada yeni təsis edilib.
Digər xəbərlər
loading...