Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) sabiq əməkdaşı həbs olunub.
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, Saatlı RİH-də Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın keçmiş əməkdaşı Ağayev Nəriman Mirhadı oğlu Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
Onun barəsində məhkəmənin qərarı ilə üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edilir ki, adıçəkilən şəxs vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb, bir neçə nəfərdən dövlət hesabına fərdi yaşayış evlərinin tikilməsi məqsədilə külli miqdarda pul alıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər
loading...