Hüquq müdafiəçisi Taleh Xasməmmədov Göyçay rayonunda deputat mandatı uğrunda mübarizənin gərginləşməsindən yazıb.
MilliYol.az sfera.az-a istinadən xəbər verir ki, hüquq müdafiəçisi Göyçay rayonun keçmiş deputatı Elman Nəsirovun əyilə-əyilə gəlib namizədliyini verəcəyini gözlədikləri bir vaxtda başqasının aktivləşdiyini iddia edib:
"Məlumata görə 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən keçmiş Baş Nazir Novruz Məmmədovun sevimli kadrı olan Məzahir Əfəndiyev namizədliyini irəli sürüb. M. Əfəndiyevin Göyçaydan namizədliyini irəli sürməsi və gələcəkdə ondan "deputat" düzəldiləcəyi vədi ona Göyçay rayon icra başçısı Mehdi Səlimzadə tərəfindən verilib. Ona ciddi tapşırılıb ki, son günə qədər çox sakit davransın. Yəni, bu namizədlik məsələsi nə qədər xəlvəti olsa, gələcəkdə bir o qədər də yaxşı nəticələr verəcək”.
Taleh Xasməmmədov xatırladır ki, deputatlıq həvəsinə düşmüş Məzahir Əfəndiyev əslən Ağdaş rayonundandır: "Deyilənə görə Ağdaşın keçmiş deputatı bankir Çingiz Əsədullayevin seçki kampaniyasının fəallarından biri olub. Həmin vaxtlardan deputatlığa həvəslənmiş indiki namizəd hesab edir ki, M. Səlimzadə ölkədə söz sahibidir və ondan xəlvəti deputat düzəldəcək. Amma əmin olsunlar ki, bu dəfə Göyçay seçiciləri onlar kimi "xəlvəti mandat" azarına və bazarına qurşanmış şəxslərə şans tanımayacaqlar”.