2019-cu ilin son Günəş tutulması hadisəsi başa çatıb.
MilliYol.Az xəbər verir ki, həlqəvari tutulma hadisəsi dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da başlamışdı.
Təbiət hadisəsini Asiya, Avstraliya, Səudiyyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda izləmək mümkün olub.
Bakıda isə Günəş tutulmasını səhər saat 08:03-dən 08:52-dək - səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izlənilib.
Qeyd edək ki, 2020-ci ildə 6 tutulma hadisəsi müşahidə olunacaq. 6 tutulmanın 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. İlk Günəş tutulması iyunun 21-də, ikinci tutulma isə dekabrın 14-də baş verəcək.
Birinci Ay tutulması yanvarın 10-dan 11-nə keçən gecə, ikincisi iyunun 5-dən 6-sına keçən gecə, üçüncüsü iyulun 5-də, sonuncu təbiət hadisəsi isə noyabrın 30-da baş verəcək.