Taleh Ziyadovun maliyyə işlərinə nəzarət edən Kərim adlı şəxs Limanda rəsmi olaraq işləmədən bu dövlət qurumunun maliyyə işlərini necə yönəldir?
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən özbaşınalıqlar və korrupsiya faktları ilə bağlı ANAXEBER.az saytına məlumatlar daxil olmaqda davam edir.
Qeyd edək ki, saytımıza son iki həftədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş verən özbaşınalıqlar və korrupsiya faktları ilə bağlı o qədər çox məlumatlar daxil olub ki, hətta bu məlumatların hamısını araşdırmaq və ictimaiyyətin diqqətinə cəlb etmək üçün zaman çatışmamazlığı içindəyik. Daxil olan faktlar isə, doğurdanda tükürpədicidir.
Öncəliklə qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun bu strateji əhəmiyyətli dövlət qurumunda FETÖ terror təşkilatının şəbəkəsini necə yaratması barədə geniş araşdırma yazımızda gələn həftə tanış olacaqsınız. Və bu məsələdə önəmli bir detalı hal-hazırda oxucularımızın diqqətinə çatdırırq. FETÖ-nun Azərbaycandakı imamlarından biri kimi tanınan və iki həftəyə qədər Limanda Taleh Ziyadovun müşaviri vəzifəsində çalışan İlham Mehrəliyev ifşa olunduqdan sonra Limandan uzaqlaşdırılb. Əldə etdiymiz məlumata görə isə onu hazırda ABŞ təhsilli Kərim adlı bir gənc əvəz edib. Kərimin kimliyi haqqında geniş məlumatı qeyd etdimiz araşdırma yazıda daha ətraflı məlumat verəcəyik. Onu da qeyd edək ki, İlham Mehrəliyevin Azərbaycan dövlətinin bir çox qurumlarında gizli adamları çalışır. Bu adamların bir qismi haqqında da bizdə olan məlumatları ictimaiyyətin diqqətinə cəlb edəcəyik. Və bir daha vurğulamaq istəyirik ki, FETÖ-nun Azərbaycandakı şəbəkəsinin bir qoluna rəhbərlik edən Taleh Ziyadov və İlham Mehrəliyev cütlüyü geriş əlaqələrə sahibdir və açığı bizə qarşı hansısa addımların atıla biləcəyindən ehtiyatlanırıq. Çünki artıq bəzi dostlarımız bizi bu barədə xəbərdar edib. Ona görə də saytımızın baş redaktorunun və bəzi dostlarımızın başına gələ biləcək hər hansı gözlənilməz hadisənin Taleh Ziyadov və İlham Mehrəliyev cütlüyü ilə əlaqəli ola biləcəyi ehtimalını da istisna etmirik.
Bu günkü yazımızı isə Taleh Ziadovun korrupsiya əmələlərinin əsas şəriki Limanın Maliyyə İdarəsinin müdiri Rafiq Qədimovdur. Rafiq Qədimovun kimliy haqqında limandakı mənbə də çox məlumata malikdir. Elə də varlı adam təəssuratı bağışlamır. Ancaq bəlli olan odur ki, bu şəxs İlham Mehrəliyevə yaxın olub. Taleh Ziyadovun Limana baş direktor təyinatından sonra ilk işlərindən biri Maliyyə İdarəsinin müdiri İlham müəllimi və mühasib Vera Vasilçenkonu işdən azad edib. Bundan sonra isə Limanın Maliyyə Şöbəsinin müdiri vəzifəsinə Rafiq Qədimov gətirilib. Amma Rafiq Qədimovun ciddi maliyyəçi olmadığı bildirilir. İlham Mehərilyevin zamanıda bütün maliyyə işlərini bir başa İlham Mehrəliyevin nəzarəti altında həyata keçirib. Hazırda isə yuxarıda bəhs olunan Kərim adlı cavan oğlan Limanın əsas maliyyə işlərini həyata keçirir. Qəribədir ki, Kərim rəsmən Limanda işləmir. Onunla Liman arasında əmək müqaviləsi də yoxdur. Buna baxmayaraq Kərim hər gün Limana gəlir və Maliyyə İdarəsində oturub çalışır. Yəni faktiki olaraq Limanın Maliyyə İdarərəsinin müdiri vəzifəsini icra edir.
Mənbə bildirir ki, Rafiq Qədimovun əsas işlərindən biri sənədləri imzalamaqdan ibarətdir və onun imzaladığı sənədlərdə kifayət qədər mənimsəmə faktları ilə doludur. Misal üçün Limanın əldə etdiyi vəsaitlərin böyük bir qismi Taleh Ziyadova, Məftun Abbasova və Söhrab İsmayılova və digər şəxslərə məxsus olan 10 manatlıq MMC-lərə pul köçürmələri edilir və daha sonra həmin vəsaitlər sonradan nəğdləşdirilərək mənimsənilir. Qeyd edək ki, ən böyük köbürmələr Limanın Audit Xidmətinin rəhbəri Məftun Abbasova aid olan “Alternativ Group” şirkətinə köçürülür. Ümumiyyətlə götürdükdə Taleh Ziyadovun bir çox qanunsuz köçürmələrini və çirkli pulların yuyulmasını məhz “Alternativ Group” şirkəti vasitəsi ilə həyata keçirir. Bütün bu qanunsuz köçürmələrin hamısının altıa imza atan isə Rafiq Qədimovdur. Təbii ki, həmin sənədlərə Rafiq qədimovla birlikdə baş direktor olaraq Taleh Ziyadov da imza atır. Amma bütün hallarda maliyyə məsələləri ilə bağlı məsul şəxs birbaşa Rafiq Qədimov hesab olunur.
Mənbə bildirir ki, ola bilsin ki, Rafiq Qədimov Taleh Ziyadov və komandası üçün “qurbanlıq keçi” rolunda olan bir adam olsun. Çünki həqiqətən də bu adamın fəaliyyəti bu və ya digər şəkildə nəzarət altındadır və Limanın baş mühasibinin hər hansı bir halda Taleh Ziyadovla sərbəst addım atmaq imkanları yoxdur. Bu şəxsin əvvələr ancaqİlham Mehrəliyevin tapşırığı ilə oturub durduğu, hazırda isə Kərim adlı şəxsin və Məftun Abbasovla Söhrab İsmayılovun birbaşa nəzarəti altında çalışır.
Rafiq Qədimova gördürülən “qara işlərdən” biri də valyuta əməliyyatıdır.
Bu barədə də növbəti yazımızda daha ətraflı məlumat verəcəyik.
MilliYol.Az
Digər xəbərlər
loading...