Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu suala aydınlıq gətirməlidir. Çünki Ağ Göl Milli Parkında Loğman Mehdiyev "bazarı" hələ də işləyir...
Adı daim mətbuatın gündəmindən düşməyən Ağgöl Milli parkı ilə bağlı MilliYol.az-a yeni məlumat daxil olub. Saytımıza verilən məlumata görə Milli Parka yeni direktor təyin edilən Qüdrət İbrahimov öz səlahiyylərini tamamilə Loğman Mehdiyevə verib və Ağ Göl Milli Parkında bütün işləri, nəzarəti müavini Loğman Mehdiyevə həvalə edib.
Saytımıza daxil olan məlumatda bildirilir ki, direktor müavini Loğman Mehdiyev Ağ Göl Milli Parkında köhnə adət ənənə olan balıq və heyvan ovunu davam etdirməklə məşğuldur. Belə ki, hazırda Ağcabədi, Beyləqan, İmişli rayon bazarlarına hər həftə Ağ Göl Milli Parkından tutulan külli-miqdarda balıqlar satışa çıxarılır. Məlumatda vurğulanır ki, keçmişdə parkda 40-a yaxın brokonyer balıq ovlayırdısa, indi bu rəqəm 15-ə endilib və balıq ovu ilə daimi həmin adamlar məşğul olur.
Brokonyerlərin azaldılmasının səbəbi isə balıq ovunun gizli saxlanılması ilə əlaqədar olduğu deyilir. MilliYol.az-a daxil olan məlumatda qeyd edilir ki, balıq ovu ilə bərabər hazırda parkda vəhşi qaban və müxtəlif quşlar qanunsuz olaraq ovlanır. Ancaq ov edənlər brokonyerlər deyil, daha çox parkın mühafizəsi ilə məşğul olanlardır. Yəni Ağ Göl Milli Parkında flora və faunanı qorumaqla vəzifəli olan şəxslər parkda müxtəlif quşları və qabanları ovlayaraq onların satışını təşkil etməklə məşğuldurlar.
Maraqlıdır ki, Ağ Göl Milli Parkının direktoru Qüdrət İbrahomov olsa da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında rəhbərliyin adı Loğman Mehdiyev yazılıb. Halbuki Loğman Mehdiyev 6 ay bundan öncə ölümlə nəticələnən avtoqəza məsələsindən sonra direktorluqdan çıxarılaraq müavin təyin edilib. Amma nazirliyin saytı Loğman Mehdiyevin adını direktor kimi saxlmağa davam edir.
Əslində nazirlik həqiqəti yazıb.Çünki Ağcabədi, Beyləqan və İmişli bazarlarında balıq və çöl heyvanı biznesi ilə məşğul olanların hamısı bir ağızdan Ağ Göl Milli Parkının əsas sahibinin Loğman Mehdiyev olduğunu deyirlər.
Mövzuya qayıdacağıq.
MilliYol.az