Bakıda fəaliyyət göstərən Ekonom Taksi *9111 şirkəti Azərbaycanda ilkə imza atıb.
MilliYol.Az xəbər verir ki, şirkət müştərilərinə "Toyota Prius” markalı dünyanın ilk seriyalı istehsal olunan hibrid avtomobili ilə xidmət göstərəcək.
Şirkətin 2005-ci ildə Avropada ilin avtomobili seçilən bu maşına üstünlük verməsi nəqliyyat vasitəsi tərəfindən ətraf mühidə dəyən zərəri minimallaşdırmağa hesablanıb.
Qeyd edək ki, Avropanın bir sıra qabaqcıl ölkələrində hibrid avtomobilə keçid daha öncədən reallaşıb. Ekonom Taksi *9111 də yeni layihə ilə cəmiyyətin diqqətini avtomobillər tərəfindən ətraf mühitə dəyən ziyana cəlb etməyi özünə məqsəd seçib. Buna görə də "Təmiz gələcəyə bizimlə doğru!” şüarını seçən şirkət gələcəkdə bu sistemdə çalışan avtomobillərin sayını daha da artırmağı hədəfləyir.