Adı daim mətbuatın gündəmindən düşməyən “tender kralı” kimi tanınan, əslən Masallıdan olan iş adamı Razaman Mirzəyevlə bağlı yeni məlumatlar üzə çıxıb.
Məlumata görə, iş adamı hazırkı paytaxt meri Eldar Əzizovun ”saqqız”ını oğurlayaraq onun ən yaxın adamlarından birinə çevrilə bilib.
Yenicag.az xəbər verir ki, Hacıbala Abutalıbovun vaxtında Bakı Şəhər İcra Hakimiyyətinin əsas tenderlərinin qalibi olan Ramazan Mirzəyevin yeni paytaxt meri Eldar Əzizovla işləyə bilməyəcyi söylənilirdi. Ancaq Eldar Əzizov BŞİH başçısı təyin edildikdən bir neçə ay sonra Ramazan Mirzəyevlə münasibətlərinə “yenidən” baxaraq onunla anlaşıb.
Bu barədə Yenicag.az-a məlumat verən mənbə iddia edir ki, son iki ildə Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirtdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevin adamlarına məxsus şirkətlər olub. Bundan başqa paytaxt meriyası üçün alınan avtomobil ehtiyyat hissələri, onların təmiri və bərk, yumşaq inventarlar R.Mirəzəyevə məxsus “Məmmədoğullar” MMC-dən alınır. Bu alış-veriş Hacıbala Abutalıbovun dövründə də belə idi, indi də belədir. Demək ki, dəyişən sadəcə Eldar Əzizov olub. Saytımızın apardığı kiçik bir araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2018-19 – cu illərdə tender müqaviləsi bağladığı şirkətlərinin demək olar hamısı Ramazan Mirzəyevin yaxın adamlarına məxsus nizamnamə katipalı 10 manatlıq MMC-lərdir. Bu şirkətlərin böyük əksəriyyətinin təsisçiləri MMC-lərinin hansı işlərlə məşğul olduğundan belə xəbərsizdirlər. Bununla bağlı ölkə mətbuatında bir neçə dəfə ətraflı araşdırma yazıları dərc edilsə də, Bakı Şəhər İcra Hakimiyyəti məsələyə rəsmi münasibət bildirməkdən boyun qaçırıb.
Xatırladırıq ki, 2018-19-cu illərdə Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan şirkətlər “Yukon-K” MMC, “Astok-5” MMC, “Foodr 21” MMC , “Vinsfud” MMC, “Vertus 2018”, MMC “Local LLC”, MMC “Green SS” MMC, “Ardo-2017” MMC, “Təchizat Servis-18” MMC, “Hermes-R Group”, “Staples Holding”,“Aztex-NN Servis”, “Gibernes MM” MMC, “Katlos 2020” MMC, “Local LLC” MMC , “Forvard-SS” MMC, “Olimpic HH” MMC, “Kross Good” MMC, “Faraon 200” MMC, “Rudel Marketing” MMC-lərdi. Gördüyünüz kimi ölkədə heç kəsin tanımadığı bu şirkətlər üst-üstə Bakı Şəhər İcra Hakimiyyəti ilə milyonlarla manatlıq tender müqavilələri imzalayıblar.
Qeyd edək ki, bu MMC-lərin bir çoxu 2019-cu ilin əvvəlində ləvğ edilərək “yox”a çıxarılıb. Ancaq yuxarıda qeyd etdiyimiz şirkətlərin əksəriyyətinin maliyyə əməliyyatlarına görə dövlətə vergi borcları var.
Yenicag.az olaraq adını çəkdiyimiz şirkətlər Bakı Şəhər İcra Hakimiyyəti ilə tender müqaviləsi bağlayan MMC-lərin sadəcə bir hissəsdir. Ramazan Mirzəyevin adamlarına məxsus adlarını bilmədiyimiz xeyli sayda şirkət var ki, onların da BŞİH ilə çoxmilyonluq tender müqavilələrinin olduğu iddia edilir.
Saytımıza daxil olan məlumatda bildirilir ki, iş adamı Ramzan Mirəzyev yaxın ətrafı ilə qeyri-rəsmi şəraitdə etdiyi söhbətlərdə Eldar Əzizovla daha ağır “şərtlər” altında işlədiyini tez-tez dilə gətirir.
Bu istiqamətdəki araşdırmalarımız davam edir və əldə etdiyimiz yeni məlumatları oxucularımızla bölüşəcəyik.