Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.
MilliYol.Az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında təşkil olunub.
Avropa Liqasının qruplarında ilk 2 yeri tutmuş komandalar, eləcə də Çempionlar Liqasından gələn klublar iki səbətə bölünüb. Səpələnmişlər səbətində AL-in 12 qrupunun qalibləri, həmçinin ÇL-də qrup üçüncüsü olanlardan ən yüksək reytinqli 4 klub yer alıb. Bu mərhələdə eyni ölkədən olan və bir qrupdan çıxan komandalar bir-birinə rəqib olmayıb.
Qrup mərhələsində "Qarabağ"la eyni qrupda yer almış "Sevilya" ÇFR-ə, APOEL "Bazel"ə rəqib olub. Türkiyənin avrokuboklardakı tək təmsilçisi "Başakşəhər" Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşacaq.
İddialılardan "Ayaks" "Xetafe"yə, "Arsenal" "Olimpiakos"a, "Mançester Yunayted" "Brügge"yə, "İnter" "Lüdoqorets"a, "Roma" "Gent"ə, "Portu" "Bayer"ə rəqib olub.
Qeyd edək ki, ilk oyunlar fevralın 20-də, cavab görüşləri 27-də keçiriləcək
Avropa Liqası
1/16 final
Vulverhempton (İngiltərə) - Espanyol (İspaniya)
Sportinq (Portuqaliya) - Başakşəhər (Türkiyə)
Xetafe (İspaniya) - Ayaks (Hollandiya)
Bayer (Almaniya) - Portu (Portuqaliya)
Kopenhagen (Danimarka) - Seltik (Şotlandiya)
APOEL (Cənubi Kipr) - Bazel (İsveçrə)
ÇFR (Rumıniya) - Sevilya (İspaniya)
Olimpiakos (Yunanıstan) - Arsenal (İngiltərə)
Alkmar (Hollandiya) - LASK (Avstriya)
Brügge (Belçika) - Mançester Yunayted (İngiltərə)
Lüdoqorets (Bolqarıstan) - İnter (İtaliya)
Ayntraxt (Almaniya) - Zalsburq (Avstriya)
Şaxtyor (Donetsk, Ukrayna) - Benfika (Portuqaliya)
Volfsburq (Almaniya) - Malmö (İsveç)
Roma (İtaliya) - Gent (Belçika)
Reyncers (Şotlandiya) - Braqa (Portuqaliya)