Həm İran, həm də Vaşinqton qeyri-sabit bir seçki ilinə hazırlaşarkən, iki dövlət arasında toqquşma ehtimalı əvvəlindən daha azdır...
Borzou Daragahi
“The Independent” qəzeti, 13 dekabr 2019-cu il
Hər iki ölkə də qeyri-sabit seçkilərə hazırlaşarkən və bir neçə ay əvvəlki silahlı toqquşma təhdidi ortadan qalxarkən İranla ABŞ arasındakı gərginlik də get-gedə azalır.
İran və ABŞ arasında həftə sonu diplomatların vasitəçiliyi ilə məhbuslar dəyişdirilib. Bu da onu göstərir ki, bu regional və qlobal qüvvələr aralarındakı problemi həll etmək üçün qeyri-rəsmi müzakirələrə başlayıblar.
İsveçrənin vasitəçiliyi ABŞ-lı akademik Xiyue Vanqın iranlı xərçəng araşdırmaçısı Məsud Süleymanla dəyişdirildikdən sonra ABŞ prezidenti Donald Tramp: “Ədalətli bir müzakirə üçün İrana təşəkkürlər”, yazıb və əlavə edib: “Görürsənmi, bir razılaşma əldə edə bilirik!”
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü verdiyi açıqlamada bildirib ki, Tehran hər iki ölkədə həbs edilən məhkumların geniş şəkildə dəyişdirilməsinə müsbət yanaşır.
Zərif Twitter-da: “Bu həftə məhbusumuzu geri aldıqdan sonra daha geniş əhatəli bir dəyişdirmə prosesinə hazırıq”, deyib və əlavə edib: “İndi növbə ABŞ-dadır”.
Təhlilçilər düşünür ki, İranın nüvə texnologiyası axtarması, raket proqramını təkmilləşdirməsi və Yaxın Şərqdəki silahlı qruplara dəstək verilməsi məsələsində Tehranla Donald Tramp rəhbərliyi arasında geniş bir razılaşma prosesinin baş tutması çox da mümkün görünmür.
Yenə də Avropa, Asiya və Yaxın Şərqdəki diplomatik həmlələrlə yanaşı, həftə sonu məhkumların dəyişdirilməsi onu göstərdi ki, iki ölkə arasındakı münasibətlər əvvəlki aylara nisbətən müsbət yöndə inkişaf edir.
İranla bağlı qərbli bir diplomat məlumat verib:
Londonda yaşayan iranlı təhlilçi İsfəndiyar Batmangeliç deyir: “Məhkumların dəyişdirilməsi ilə bağlı bu yaxşı xəbərin son 1 ildə baş tutan müzakirələrin nəticəsi olub olmaması və ya daha geniş siyasi şərtlərlə bağlı olması hələ də sual altındadır”.
Bu il İran və ABŞ arasında atan çəkişmələr özünü göstərirdi. Vaşinqton İran iqtisadiyyatını hədəf alaraq təzyiq kampaniyasını sürətləndirərkən, Tehran da Yaxın Şərqdəki ABŞ müttəfiqlərinə hücum etməkdə ittiham edilmişdi.
Diplomatlar və analitiklər qeyd edir ki, Ərəb yarımadasında narahat olan ABŞ müttəfiqləri, xüsusilə də, Oman və BƏƏ hərarətin azalmasında önəmli rol oynayıb.
Qərbli diplomat, həmçinin, bildirir ki, hər biri Tehranla müxtəlif münasibətlərə sahib 7 monarxiyadan ibarət bir federasiya olan BƏƏ-də sonra aylarda İranla uzlaşma meyillərinin güclənməsi Ağ Evin meydan oxuma cəhdlərini ciddi şəkildə azaldıb.
Əlavə edilir ki: “BƏƏ bir neçə həftə əvvəl ABŞ-a sakit olmasını və İrana qarşı hər hansı bir hərəkat keçirməməsini deyib və bu məsələdə kilid rol oynayıb”.
“Gulf State Analystics”də araşdırmaçı olan Teodor Karasik deyir ki, BƏƏ İranın təzyiqini azaldaraq BMT dəstəkli Tripoli avtoritarlığına qarşı apardığı silahlı hücumda Xəlifə Həftarı dəstəkləyir və Liviyaya fokuslanmaq istəyir.
Karasik: “Liviya hazırda bir nömrəli hədəfdir”.
Analitiklər bildirir ki, qiymət artımı ilə bağlı ortaya çıxan və 230 nəfərin öldürüldüyü nümayişlərə baxmayaraq, Tehran ABŞ-ın iqtisadi təzyiqindən sağlam çıxa bilər.
İran iqtisadiyyatı üzərində fokuslanan
“Bourse & Bazaar” araşdırma şirkətinin sahibi Batmangeliç qeyd edir ki, ölkədə dərin bir durğunluq olsa da, müəyyən qədər maliyyə inkişafı da təsbit edilib. Ciddi şəkildə zəifləməsinə baxmayaraq, İranın pul vahidi önəm qazanıb, infilyasiya artımı zəifləyib, istehsal fəaliyyətləri genişlənməyə başlayıb və həm xidmət sektoru, həm də istehsal sənayeləri yeni iş yerləri açır.
Bundan əlavə, Batmangeliç bildirir ki, İranda şiddətlə basdırılan son nümayişlərə səbəb olan yanacaq subsidiyalarını azaltmaq həmləsindən sonra əgər qənaət edə bilsə, ölkənin ən yoxsul qisimlərinin belə istehlak gücü yüksələcək.
İran da özünü toqquşmalardan daha çox qoruya bilər. Cümə günü Vyanada ABŞ 2015-ci il nüvə müqaviləsindən geri çəkildiyini bildirib. Həmin müqavilənin iştirakçıları da İranın son dönəmdə etdiyi qanun pozuntuları ilə bağlı iddialardan sonra ciddi müzakirə aparmaq əvəzinə, bütün tərəflərin müqavilə dəstəyini yenilədiyi və İranın həmlələrinə Çinlə Rusiyanın ABŞ-ı ittiham etdiyi bir toplantı keçirdilər.
Digər tərəfdən, ABŞ-ın İrana qarşı sanksiyalarından qaçmaq məqsədilə “Instex” adlı avropalı bir maliyyə vasitəsi tətbiq ediləcək. Keçən həftə Belçika, Danimarka, Finlandiya, Norveç və İsveçlə birlikdə, İngiltərə, Fransa və Almaniyanın da iştirakı etməsi bu mexanizmin dəstəkləndiyini göstərir.
İranda da siyasi elitanın intriqalarını artıracaq və iqtisadi problemlərə səbəb olacaq 2020-ci il məclis və 2021-ci il prezident seçkiləri yaxınlaşır. Ölkənin ABŞ-la beynəlxalq bir toqquşma yaşamasına ehtiyac yoxdur.
Bazar ertəsi günü Vaşinqton və Tehran arasında vasitəçilik edən Yaponiyaya səfər edəcək olan İran prezidenti Həsən Ruhani diplomatik müzakirələri lazımi və inqilabi adlandırıb.
Tramp rəhbərliyi də impiçment prosesini kölgələyən və qütbləşmiş 2020-ci il prezident və Konqres seçkilərinə gedərkən apardığı İran siyasəti ilə bağlı bəzi şeylər göstərməli olub.
Vaşinqtondakı şahinlərin illərdir İranla toqquşma istəyinə uyğunlaşan Tramp rəhbərliyinin apardığı təzyiq kampaniyası nəticəsində ABŞ artıq silahlı hücum etmək, sanksiyaları geri çəkərək razılaşma əldə etmək və ya 2020-ci il seçkilərinə uğursuz bir İran xarici siyasəti ilə girmək arasında bir seçim etməli olacaq.
Batmangeliç: “Konqresdə Trampın xarici siyasəti ilə bağlı, xüsusilə də İran barədə təəccüb yaranıb. Təzyiq siyasəti bir ildir tətbiq edilsə də, heç bir nəticə əldə olunmayıb. İran hələ də nüvə müqaviləsinə əməl etmir. Tramp rəhbərliyi İranla müzakirə aparmaq bacarığı ilə bağlı bəzi şeylər göstərməlidir”.